Əslən yəhudi olan yazıçı Ştefan Svayqın oxuduğum növbəti novellası "Bir qadının həyatının 24 saatı" adlanır. Yazıçı haqqında geniş məlumatı burdan əldə edə bilərsiz.
Yaşlı bir qadının keçmişində həyat yoladşı vəfat etdikdən sonra səyahət etdiyi ölkələrdən birinin qumarxanasında tanış olduğu gəncin öz həyatını məhv etməsinin qarşısını almaq cəhdinin boşa çıxmasından söhbət açır.
Bunun müqabilində yaşadığı 24 saatı ona ömrünün sonuna kimi xatırlayacağı şəkildə kədərli yaşadan gənci xatırlaması ya da səhv etdiyi üçün özünü günahlandırması qadının ömrü boyu davam edir.
Kitabdan seçdiklərim :
1. ... doğru söz yamaq götürməz, yalan söz isə üz qızardar.
2. Lakin mücərrəd ifadə ilə vicdan adlandırdığımız o şeydən asanlıqla yaxa qurtarmaq çətin iş imiş.
3. ... bu hərəkətsiz sükunət, bu hissiz, tərpənişsiz oturuş, çılğın yağışdan daldalanmaq üçün ayağa qalxıb iki-üç addım atmağa belə iqtidarsızlıq, öz varlığına belə dönük, belə laqeyd münasibət, özünə qarşı belə sonsuz etinasızlıq! Heç bir heykəltəraş, heç bir şair : nə Mikelancelo, nə Dante güclü yağış altında qalıb, ondan xilas olmaq üçün cüzi cəhd etməyə belə taqəti qalmamış, yorulub tamam haldan düşmüş, bu canlı kimi mənə ümidsizliyin son həddini, yer üzündəki əzabın son dəhşətini bu cür güclü, bu cür qabarıq şəkildə hiss etdirə bilməzdi.
4. Minnətdarlıq, insanlarda bu hissə az-az rast gəlmək olur, həqiqətən minnətdar olmaq istəyənlər isə çox vaxt bu hissi ifadə etməyə söz tapmırlar.
5. Hər hansı bir ağrı qorxaqdır, o həyatın çağırışı qarşısında acizdir, həyatın hökmü bizim bədənimizdə ölümün bütün müdhiş ruhundan güclüdür.

No comments:
Post a Comment