Bu gün maraqlı konsertin şahidi oldum.İran musiqisinin bu qədər qeyri-adi səsləndiyini bilmirdim.Bir də maraqlı alətlər gördüm.Yaxşı əvvəlcədən başlayım :) Bəstəkar-musiqişünas, filosof,fəlsəfə elmləri doktoru, professor, Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə rəhbərliyi təşkil olunan bu konsertdə İran musiqisini eşitdik.İfaçı kollektiv 7 nəfərdən ibarət idi : Semin Xanım Qurbani,Mir Şahab-Əldin Çilan,Əli Nəraqiyan,Mir Seyid Hüseyni Pənah,Fəridə Xanım Rizaii,Riza Xatəmi,T.S.Təbrizi.Hər biri müxtəlif alətlərdə ifa edirdilər.
Onlardan bəziləri haqda yazmaq istəyirəm.
Proqramda yazıldığına görə təmbur əsgi sazlardan sayılır.Təmburun doğum tarixi təxminən 7 min il bundan əvvələ aid edilir.İki və ya üç telli saz olub pərdələri tam və yarım pərdədən ibarətdir.
Səntur aləti isə yatıq sazlar ailəsinə mənsubdur.Yatıq sazlar nə deməkdir həqiqətən bilmirəm.Alət qanun,nüzhə və bu növ alətlərdən hesab edilir.Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla çalınması imiş.Ona görə də eyni zamanda zərb musiqi aləti də sayılır.
Tombək aləti sağ tərəfdə rəsmini gördüyünüz alətdir.Zərb alətidir.Alətin yaranma tarixini İslamdan əvvələ aid edirlər.İki ağzı var,kiçik ağzı ceviz ağacından digər böyük qoyun dərisindən hazırlanır.
Dəf aləti tanış alətdir.Amma mənim bildiyim dəfdən bir az böyük idi.
Setar alətinin adı iki hissədən təşkil olunur.Se - "üç" və "tar" mənasını verir.Təmbur ailəsinə aiddir.Mizrabla çalınmır.
Səntur aləti isə yatıq sazlar ailəsinə mənsubdur.Yatıq sazlar nə deməkdir həqiqətən bilmirəm.Alət qanun,nüzhə və bu növ alətlərdən hesab edilir.Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla çalınması imiş.Ona görə də eyni zamanda zərb musiqi aləti də sayılır.
Sonda konsetdən görüntülər :)
Sonda bizim çox sevdiyimiz "Sarı gəlin" xalq mahnımızı da ifa etdilər.Videonu youtube-a yüklədim.
Burdan izləyə bilərsiz :)
P.S.Alətlər hər nə qədər maraqlı olsa da səsləri çox zəif idi.Bəlkə də belə musiqiyə biz öyrəşməmişik.Amma əminliklə deyə bilərəm ki,insanı yormayan ifa idi.







No comments:
Post a Comment