Fransua Şaplen Fransa piano məktəbinin orta nəslinin parlaq nümayəndələrindən biridir. 8 yaşı olanda Fransanın məşhur dirijoru, pedaqoq Nadya Bulanje gənc musiqiçiyə parlaq gələcəyin onu gözlədiyini demişdi. Daha sonra o, Ventseslav Yankov, Jan-Klod Pennetye kimi pedaqoqlardan dərs almışdır.
Fransua Şaplen 1987-ci ildə Milli konservatoriyanı bitirmişdir. Jüri yekdilliklə ona ilk mükafatı layiq görür. Növbəti mükafatlar Motsart mükafatı, Rober Kasadeus mükafatı olmuşdur.Onu bütün dünyada (Tokio, Berlin, Moskva, Sankt-Peterburq, Riqa, Paris, Alma-ata, Mexiko) solist kimi dəvət edirlər. O, mütəmadi olaraq bir çox prestijli festivallarda iştirak edir.
Bir neçə gün idi ki,Bakıda olan bu pianoçu Bakı Musiqi akademiyasında Master klass dərsi də keçmişdir.Təəssüf ki,həmin dərsə iştirak edə bilməmişəm.Amma konsertində isə oldum.Konsert Beynəlxaql muğam mərkəzində keçirildi.Çoxdandır belə bir ifa dinləməmişdim.Motsart musiqisinin ifası məni özümü 18-ci əsrdə hiss eləməyimə səbəb oldu.İstər Şopen,istərsə də Debüssi əsərlərinin gözəlliyini heç belə duymamışdım.
Konsertdə ifa olunan əsərlərin siyahısı :
2.F. Chopin : Nocturne op. 9 no. 1 in B flat minor.
3. Chopin Etude Op.25 No.1
5. CHOPIN VALSE OP 34 NO 3 Valse Brillante.
8. Debussy Images 2/1 - Cloches à
11.Debussy: Estampes - 1.
Sonda Françoisin öz ifasında bir əsər yerləşdirirəm :
P.S.Çox təssüf ki,hələ də bizim musiqiçilər və ya musiqi sevərlər klassik fortepiano sonatasının 3 hissədən ibarət olduğunu və 3 hissənin hamısının ifası bitdikdən sonra əsəri alqışlamalı olduqlarını bilmirlər.
No comments:
Post a Comment