Thursday, 29 October 2015

VII Uzeyir Hajibeyli International Music Festival (18.09.2015)

Bu il də ənənəvi olaraq dərs ilimizi festivalla açdıq.  Bu festival əslində bizim üçün bayramdı, Uzun müddətli yay tətilində dinlədiyimiz əsərlərdən sonra canlı olaraq musiqi eşitmək bayram təəssüratı bağışlayır. Həm də axı bu festival Üzeyir Hacıbəyovun ad günü ilə bağlıdı. 

VII Uzeyir Hajibeyli International Music Festival (19.09.2015)

VII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan konsertlərdən biri də sentyabrın 19-da bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının Böyük Zalında oldu. “Rusiya Saksofon Kvarteti” nin ifasında zaldakılar istər klassik, istərsə də müasir dövr bəstəkarlarının əsərlərindən ibarət rəngarəng musiqi proqramını böyük zövqlə dinlədilər.

Saturday, 17 October 2015

Minions (2015) - Despicable Me Prequel

Minion sözünün mənası çox maraqlıdır ki, hərfi tərcümədə sevimli olmasına baxmayaraq digər mənada isə qul deməkdir. Əlsində heç planımda yox idi amma uzun müddətdir doyunca gülmədiyim üçün xalamqızı ilə bu 3D cizgi filminə getmək istədim. Düzünü deyim bu Minionların 3-cü seriasıdır və bundan əvvəlkilərə baxmamışdım.