Thursday, 29 October 2015

VII Uzeyir Hajibeyli International Music Festival (18.09.2015)

Bu il də ənənəvi olaraq dərs ilimizi festivalla açdıq.  Bu festival əslində bizim üçün bayramdı, Uzun müddətli yay tətilində dinlədiyimiz əsərlərdən sonra canlı olaraq musiqi eşitmək bayram təəssüratı bağışlayır. Həm də axı bu festival Üzeyir Hacıbəyovun ad günü ilə bağlıdı. 


Açılış mərasimi sarayda baş tutdu. Əvvəlki illərdən fərqli olaraq bu il konkret hansısa əsərlər yox məhz yubiley olduğu üçün Üzeyir Hacıbəylinin əsərlərindən ibarət qısa parçalar bir-birinin ardınca səsləndi. Hər il olduğu kimi "Koroğlu" operasından uvertüra ilə açılan festival  bu il də ənənəyə sadiq qaldı. Daha sonra "Leyli və Məcnun" operasından Şəbi Hicran xoru , "Sənsiz" , "Sevgili Canan" romansları, "Arşın mal alan" və "O olmasın, bu olsun" musiqili komediyalarından musiqili səhnəciklər  təqdim olundu. Həmçinin videokadrlala onun haqqında çəkilən filmdən və əsərlərinin əvvəlki ifalarından kadrlar da böyük ekranda tamaşaçıların ixtiyarına verildi. 


Ən maraqlısı isə   "Keçmiş günlərdən" adlı felyetonun səhnələşdirilməsi idi. Felyetonu Elşən Rüstəmov, Rasim Cəfərov, Elşən Çalxanlı, Hikmət Rəhimov və Günel İmanova canlandırmışdılar. 

No comments:

Post a Comment