Bu konsertə Nəhayətsiz Humanistlə son məqama qədər getməyi dəqiqləşdirməmişdik. Həmin günü Opera və Balet teatrında, Filarmoniyada, Kamera və Orqan Musiqi zalında və Muğam Mərkəzində konsert var idi. Əslində Festivalın proqramına ilk gün baxanda "Manon Leska" operasına getməyi istəmişdim amma konsert ifası olduğu üçün sonradan fikrimdən daşınmışdım. Ən nəhayətində həmin günü Nəhayətsiz Humanistlə Muğam Mərkəzində Estoniyadan gələn pianoçu Tanel Joametsin konsertinə getməyi qərara aldıq.
Bu pianou Estoniya Musiqi Akademiyasını ( V.Rootsanın sinfini) bitirmişdir. Daha sonra isə Londonda təcrübə keçmişdir. Estoniyada E.Qrir adına müsabiqənin qalibi, (1933-1994-cü illər), A.Skryabin adına I Beynəlxalq müsabiqənin diplomantı (1995-ci il, Nijni Novqorod), A.Skryabin adına II Beynəlxalq müsabiqənin ( 200-ci il, Moskva) laureatıdır. 2010-cu ildə isə "İlin estoniyalı ifaçısı" təqaüdünə layiq görülmüşdür. İngiltərə, Almaniya, Finlandiya, Kanada, Qazaxıstan Avstraliya, Hollandiya, İsveçrə və.s. xarici ölkələrdə konsert proqramları ilə çıxış etmişdir. Hazırda Estoniya Musiqi Akademiyasında dərs deyir.
Əvvəlcədən festival üçün hazırladığı lakin sonradan bizə görə dəyişib proqrama azərbaycanlı bəstəkarın əsərini daxil etməli olmasını çox sonra demələri görünür pianoçunu o qədər qəzəbləndirmişdi ki, çox həvəssiz ifa edirdi. İfaçı kimi ifasını da heç bəyənmədim. Eston musiqisi ilə də tanış deyildim. Estoniyalı bəstəkar E.Tubinin "Şimal Şəfəqi" adlı sonatasını ifa etdi. Soyuq musiqidir . Ümumilikdə konsertdən belə qərara gəldim ki, estonlar musiqisi kimi soyuq insanlardırlar. Əslində Qara Qarayevin yaşayıb və ya yaşamadığını bilməyən, gəldiyi ölkənin musiqi nədəniyyətindən bixəbər bir adamın da bura gəlməsini bir daha istəməzdim. Heyif ki, xoş təəssüratlarla konsertdən ayrıla bilmədik.
hemin wekle baxanda hele de nece qorxa qorxa yaxinlawdigimizi xatirlayiram 😯😄😄
ReplyDeleteAntraktda səhnə arxasına getməyimiz, müsahibəsini dinləməyimiz :)) Xatirə olaraq maraqlı xatirə idi :)
ReplyDelete