Tuesday, 17 November 2015

Maestro Rauf Abdullayevin yaradıcılıq fəaliyyətinin 50 illiyinə həsr olunmuş Təntənəli Yubiley Gecəsi (09.10.2015)


«Для меня написать симфонию значит – всеми средствами существующей музыкальной техники построить мир.» – bu fikrin müəllifi olan Mahlerin simfoniyasını Filarmoniyanın səhnəsində səslənməsinin şahidi olmaq həqiqətən çox gözəl duyğu idi.
Bu simfoniya ilə ilk dəfə Mahler, orkestr yazısını ictimaiyyətə təqdim etmişdi , bəstəkar kimi onun debütü idi.
Faktiki olaraq məhz Birinci simfoniyada onun gələcək orkestr stilinin tipik xüsusiyyətləri müəyyən olunur.
Ülviyyə xanım İmanovanın bizlərə aşıladığı Mahler sevgisi üçün ona nə qədər təşəkkür etsək azdır. Müsahibələrinin birində məhz Maherlə tanışlığı üçün Rauf Abdullayev də öz müəllimi Nikolay Semyonoviç Rabinoviç-ə hər zaman minnətdar olacağını dilə gətirib. 

P.S. Yorğun idim, səhər tezdən oyaq idim, amma həmin konsertə zövqlə, həvəslə getmişdim. 
Yaxşı ki, də getmişdim. Mahlerə və Bramsa görə təşəkkürlər Maestro. 



No comments:

Post a Comment