Hermann Hesse 1877-ci ildə Almaniyanın Württemberg əyalətində yerləşən Calw şəhərində doğulub. 1962-ci ildə İsveçrədə vəfat edib. Ən məşhur əsərlərindən biri də orjinal adıyla "Der Steppenwolf" yəni "Yalquzaq" romanıdır. Bu roman 1927-ci ildə nəşr olunub. Mahiyyət etibarilə romanda insanın öz həyatında hiss etdiyi boşluq, uçurum, daxilindəki məni, məna yüklənilməsi çətin olan hislərlə üzləşməyə çalışılıb. Başa düşülməsi çətin və bir dəfəyə oxuyub bitirə biləcəyiniz roman deyil. Axı insanın özünü başa düşməsi asan deyil ;)
Friday, 28 February 2014
Tuesday, 18 February 2014
Məmməd Səid Ordubadi - ev muzeyi
Əgər bu yazımı oxumusuzsa onda deməli Məmməd Səid Ordubadi ilə Bülbülün qonşu olduğunu bilirsiz. Və söz verdiyim kimi Məmməd Səid Ordubadinin ev muzeyinə də getdim. Təəssüflər olsun ki, bu muzeydə də şəkil çəkməyə icazə vermədilər. Bilməyənlər üçün qeyd edim ki,buna səbəb şəkil çəkən istənilən mexanizmin muzeydəki əşyalara zərər verməsidir.
Saturday, 1 February 2014
Lettres à l'inconnue - André Maurois
Milliyətcə yəhudi olan və 1885-ci ildə Fransada, Ruan yaxınlığındakı Эльбёф (фр. Elbeuf ) şəhərciyində doğulan məşhur yazıçı Emil Salomon Vilhelm Herzoqun (Émile-Salomon-Wilhelm Herzog) əsərlərini qələmə aldığı təxəllüsü - André Maurois ( Andre Morua) - dır. Birinci dünya müharibəsi illərində hərbi tərcüməçi və rabitə zabiti kimi xidmət göstərən Marua ilk romanını - "Les Silences du Colonel Bramble" ( Susqun polkovnik Brambl) - 1918-ci ildə nəşr etdirmiş və bu roman müəllifə böyük şöhrət qazandırmışdır.
Subscribe to:
Posts (Atom)
