Kosertin 1-ci hissəsində əvvəlcə müəllifin "Metamorfozlar" simfonik poeması və 2 saylı Simfoniyası səsləndi.
Sunday, 14 December 2014
Arif Məlikovun Müəllif Konserti (28.11.2014)
Kosertin 1-ci hissəsində əvvəlcə müəllifin "Metamorfozlar" simfonik poeması və 2 saylı Simfoniyası səsləndi.
Sunday, 30 November 2014
Alfred Scnittke ( 80 illik yubileyi əlaqədar konsert ) 17.11.2014
Noyabr ayının 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Alfred Şnitkenin 80 illik yubileyi ilə əlaqədar konsert keçirildi. Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Rəna Rəhimova, Fəqan Həsənli, Nigar İbrahimova və Azadə Abdullayeva çıxış etdilər. Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev idi.
Sunday, 16 November 2014
Friday, 31 October 2014
Baku Jazz Festival - Terence Blanchard (22.10.2014)
Hamının bildiyi kimi bu il keçirilən Jazz festivalı 19-30 Oktyabr tarixlərinə təsadüf edir. Şəhərimizin konsert zallarında dünyanın müxtəlif Jazz qrupları öz ifalarıyla çıxış edirlər. Onlardan biri Louisiana ştatının New Orlean şəhərindən və Terence Blanchard -in rəhbəri olduğu jazz qrupu idi.
Müasir Post - Mainstreamin virtuoso - larından biri hesab olunan truba ifaçısı Terence Blanchard 5 yaşından fortepianoda , 8 yaşından isə trubada ifa etməyə balşayıb. Ellis Louis Marsalis - in sinifində oxuyub. 1980-82-ci illərdə Lionel Hampton - nun orkestrində ifa edib.
Sunday, 5 October 2014
VI Uzeyir Hajibeyli International Music Festival (20.09.2014)
Proqramın adı "Kamera orkestri ilə dünya səyahəti" adlanırdı. Proqramın belə adlandırılmasının səbəbi müxtəlif ölkələrdən olan bəstəkar əsərlərinin ifa olunması idi. Friday, 3 October 2014
VI Uzeyir Hajibeyli International Music Festival (18.09.2014)
Friday, 26 September 2014
Nuri Bilge Ceylan : "Kış uykusu" (Winter Sleep)
Nuri Bilge Ceylan adını yəqinki eşitməyəniniz yoxdur. Türkiyənin Çanaqqala vilayətinin Yenicə adlanan bölgəsində 1959-cu ildə dünyaya gözlərini açan Nuri Bilge Ceylan Türkiyəli kinorejissordur. "Kış uykusu" ndan əvvəl çəkdiyi hər bir filmi istər yerli istərsə də xarici film festivallarında müxtəlif nominasiyalar üzrə qalib olub. Amma mən onun adını Kann film festivalındakı çıxışından sonra tanımışam. Rejissor məhz 61-ci Kann film festivalında "Üç maymun" filmi ilə ən yaxşı rejissor mükafatına layiq görülmüşdü. Bu onun Kannda aldığı üçüncü mükafatı idi. Amma məhz ən yaxşı rejissor mükafatını "Üç maymun" filmi ilə almışdı. Həmin çıxışında Nuri Bilge Ceylan demişdi : "Ödülü, tutkuyla sevdiğim yalnız ve güzel ülkeme adıyorum".
Saturday, 20 September 2014
Üzeyir Hacıbəyli - ev muzeyi
Üzeyir Hacıbəylinin doğum günü bizim musiqi günümüz kimi qeyd olunur. Bununla bağlı olaraq artıq 6-cı ildir ki, məhz onun doğum günündən yəni 18 sentyabrdan başlayaraq Üzeyir Hacıbəyli adına Beynəlxalq musiqi festivalı keçirilir. Festival keçən il də olduğu kimi sentyabrın 28-nə kimi davam edəcək.
Təbii ki, 18 sentyabrda bəstəkarın ev muzeyində də bununla bağlı olaraq tədbir keçirilib.
Friday, 12 September 2014
Антон Чехов. Моя жизнь (Рассказ провинциала)
Dünya Ədəbiyyatının klassiklərindən olan görkəmli rus yazıçısı Anton Çexov 1860-cı il yanvarın 29-da ailənin 3-cü övladı olaraq anadan olub. Əsərləri 100-dən çox dil tərcümə olunmuş yazıçı ixtisasca həkim olub.
"Mənim Həyatım" adlı hekayəsi ilk dəfə 1896-cı ildə dərc edilib. Həmin vaxtdan indiyənə kimi çox az dəyişikliklər olub : həminki insanlar, həminki problemlər, həminki özünü tapmaq cəhdləri.
Həyatda insanın öz yerinin axtarışı haqqında olan bu povest bu gün xüsusilə kəskin səslənir və bir çox nəsillər üçün də aktualdır.
Əsərdə müəllif istehza ilə incə vurğulanmışdır ki, xəyallar və real həyat tez-tez uyğun gəlmir.
Tuesday, 26 August 2014
Summer is over :) !!!
Daha bir yay fəslinin sonuna gəldik. İllərdir getmək istədiyim Qəbələ musiqi festivalına bu il gedə bildim. Açıq səma altında musiqi dinləmək çox möhtəşəm idi.
3-cü kursda oxuyacam. İyun ayından bəri gündəlik yazmırdırım. Sakit və rahat yay tətili keçirdim.Həyatımda yolunda getməyənlər olanda yaza bilirəm deyəsən.
Maraqlı hadisə isə illərdir evimizdəki zanbaqların gül açması idi. Onlar həmişə Mart ayında gül açırdılar. İlk dəfə onların yayda gül açdıqlarının şahidi oldum. Sevindim.
Friday, 15 August 2014
Stefan Zweig : Vierundzwanzig Stunden aus dem Leben einer Frau
Əslən yəhudi olan yazıçı Ştefan Svayqın oxuduğum növbəti novellası "Bir qadının həyatının 24 saatı" adlanır. Yazıçı haqqında geniş məlumatı burdan əldə edə bilərsiz.
Yaşlı bir qadının keçmişində həyat yoladşı vəfat etdikdən sonra səyahət etdiyi ölkələrdən birinin qumarxanasında tanış olduğu gəncin öz həyatını məhv etməsinin qarşısını almaq cəhdinin boşa çıxmasından söhbət açır.
Bunun müqabilində yaşadığı 24 saatı ona ömrünün sonuna kimi xatırlayacağı şəkildə kədərli yaşadan gənci xatırlaması ya da səhv etdiyi üçün özünü günahlandırması qadının ömrü boyu davam edir.
Tuesday, 12 August 2014
6th Gabala International Music Festival (2014)
Bu il 6-cısı keçirilən Qəbələ musiqi festivalında iştirak etmək mənə də qismət oldu. Festival iyulun 23-dən avqustun 1-nə kimi davam etdi. Mən festival çərçivəsində ayın 26-da açıq havada keçirilən konsertdə iştirak etdim. Həmin günü proqramda JOHANNESBURG PHILHARMONIC ORCHESTR-nin ifasında aşağıdakı proqram səsləndi :
Wednesday, 9 July 2014
Baxdığım filmlər, oxuduğum kitablar (2013-2014)
Hər dəfə yeni dərs ili başlayanda dərslərimlə bərabər bədii kitab oxumağa və həmçinin film izləyəməyə mütləq zaman ayırıram. Hər ikisini sevirəm. Kitabları bitirib onlar haqqında blog yazmaq filmə nəzərən daha çox zamanımı alsa da mən ikincisini daha çox sevirəm.
Monday, 2 June 2014
bi küçük Eylül meselesi
Baş rollarında Farah Zeynep Abdullah və Engin Akyürek'in yer aldığı "bi küçük Eylül meselesi" filmindəki hadisələr Türkiyənin Bozca adasında baş verir. Düzünü deyim ki, trailerinə baxanda mövzusunun necə olacağı haqqında heç nə xəyal edə bilmədiyim bir film idi.
Əvvəlinə baxıb təxmini necə olacağını düşünsəm də film heç vaxt ağlıma gələ bilməyəcək sonluqla nəticələndi. Rejissor və senarist Kerem Derendi. Engin Akyürek yəni filmdə canlandırdığı obrazın adıyla desəm Tekin Bulut bir karikaturisti canlandırır.
Əvvəlinə baxıb təxmini necə olacağını düşünsəm də film heç vaxt ağlıma gələ bilməyəcək sonluqla nəticələndi. Rejissor və senarist Kerem Derendi. Engin Akyürek yəni filmdə canlandırdığı obrazın adıyla desəm Tekin Bulut bir karikaturisti canlandırır.
Sunday, 25 May 2014
VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı
Beynəlxalq Mstislav Rostropoviç festivalı dünyanın ən mühüm musiqi festivalları siyahısına daxildir. 2007-ci ildən Bakıda keçirilən festival ənənəvi olaraq dünyanın bir çox ölkələrindən görkəmli musiqiçiləri və kollektivləri toplayır və şəhərin ən gözəl konsert zalları festival iştirakçılarının sərəncamına verilir.
Bu il festival mayın 12-dən mayın 18-nə kimi davam elədi. Məncə hər bir musiqiçi festival çərçivəsindəki konsertlərdən heç olmasa birinə mütləq getməlidir. Mən də mayın 14-də Saraydakı konsertə gedə bildim. Konsertin proqramı ancaq Bethovenə aid idi. Onun No 3 simfoniyası və No 5 fortepiano ilə orkestr üçün konserti səsləndi.
Friday, 16 May 2014
Nazan Bekiroğlu - "Nar Ağacı" ( Sen öyle çağırmasan ben böyle gelmezdim )
İki uşaq anası olan Nazan Bekiroğlu 1953-cü ildə Trabzonda dünyaya gəlib. Hal-hazırda "Zaman" qəzetinin mədəniyyət-incəsənət səhifəsində yazılar yazır. 2006-cı ildə "Cam Irmağı, Taş Gemi" adlı hekayəsiylə Türk Yazıçılar Birliyinin hekayə mükafatı ilə təltif olunub. Sonuncu kitabı "Mimoza sürgünü" (2013) adlanır. "Nar ağacı" kitabı isə 2012-ci ildə yayımlanıb.
Sunday, 11 May 2014
Miniatür kitab muzeyi
Anamla ildə 4 dəfə ənənəvi olaraq mütləq dəniz kənarına gəzməyə gedirik. Şanslı uşağam, anam dənizi görmədən yaşaya bilmədiyimi bilir. Heç vaxt da etiraz etmədən gəlir. Bu gəzintilərdən hər biri bir fəsilə təsadüf edir. Yəni, Xəzəri ilin hər fəsilində görmüşəm.
Friday, 9 May 2014
Firəngiz Əlizadə : "İntizar" operası
Libretto :
Pərdə No1
Şəkil No 1
Sunday, 13 April 2014
Soltan Hacıbəyovun 95 və İsmayıl Hacıbəyovun 65- illiyinə həsr olunmuş Yubiley gecəsi
Tuesday, 8 April 2014
"Bir hikayem var" (2014)
"Genç bir sinemacı olma hayalindeki Mert‘in tek amacı ne olursa olsun kendi filmini çekmektir. Bu hayale ulaşmak için en yakın dostları Okay ve Aras'ı da yanına alarak projeye koyulurlar. Fakat film işi masraflıdır ve pek yerden borç para alırlar; borç isterken de kırk takla atarak yalanlar söylerler. Tabii bu yalanlar dönüp dolaşıp başlarına bela olacaktır. Fakat geri dönüş yoktur ve bir kere film çekmek için yola çıkmışlardır. Evden hesap çarşıya uymayınca, macera ve komedi dolu olaylar biribirini izler. Çıktıkları bu yolda, işler planladıkları gibi gitmeyince, kendilerini macera dolu, birbirinden komik olayların içinde bulurlar.Filmin senaristliğini, yönetmenliğini ve yapımcılığını Talip Karamahmutoğlu'nun üstlendiği filmde Kadir Doğulu, Müge Boz, Bülent Çolak, Emre Sungur, Turan Özdemir, Teoman Kumbaracıbaşı gibi isimlerin yanı sıra Nuri Alço ve Coşkun Göğen gibi Yeşilçam'ın renkli isimleri de var. Filmin müzikleri ise Cahit Berkay ve Halil Sezai'ye ait."
Wednesday, 5 March 2014
Nərgiz gülü :)
Bu il evimizə gələn ilk novruzgülü hədiyyə oldu. Bu gün.
Martın 5-də. Aysel tərəfindən :) ! !! Çəhrayı lentli və öz həyətlərindən :) !!! Keçən dəfəki yazıma diqqət yetirdiyi və mənə novruzgülü gətirdiyi üçün xoşbəxt idim. Önəmli idi . Özünün səhər tezdən fərdi dərsi olan muğam dərsinə gələrkən ( evləri kifayət qədər universitetə uzaqdadır) gül solmasın deyə bufetə düşüb, suya qoyması önəmli idi, diqqəti önəmli idi.
Martın 5-də. Aysel tərəfindən :)
Monday, 3 March 2014
Celtic Legends
Dünyaca məşhur step rəqsinin usta ifaçıları “Celtic Legends” rəqs qrupu ilk dəfə olaraq Azərbaycanın qonağı oldu. Əfsanəvi rəqsləri ilə hər zaman dünyanın diqqət mərkəzində olan qrup sözün əsl mənasında Azərbaycan tamaşaçılarına tam fərqli bir gecə yaşatdı. 1 və 2 mart tarixlərində Heydər Əliyev Sarayında baş tutan konsertdə iştirak etmək mənə qismət oldu. Step rəqsinin əsrarəngiz ahəngindən inanılmaz böyük zövq aldım.
Sunday, 2 March 2014
:) autumn,winter, SPRING !!!
Paxlava qoxusu mənim üçün Novruz deməkdi. Nə şəkərbura, nə qoğal... Məhz paxlava qoxusu.Uşaqlığımdan paxlavanı sevmişəm, amma bu 3 şirniyyat içində ən sevmədiyim şəkərbura olub. Hər halda anam uşaq vaxtı aşı sevdirməyə çalışdığı qədər mənə şəkərburanı sevdirməmişdi. Çünki düyü camalı gözəlləşdirir, ömrü uzadırdı. Friday, 28 February 2014
Hermann Hesse : Der Steppenwolf (Herman Hesse : Yalquzaq)
Hermann Hesse 1877-ci ildə Almaniyanın Württemberg əyalətində yerləşən Calw şəhərində doğulub. 1962-ci ildə İsveçrədə vəfat edib. Ən məşhur əsərlərindən biri də orjinal adıyla "Der Steppenwolf" yəni "Yalquzaq" romanıdır. Bu roman 1927-ci ildə nəşr olunub. Mahiyyət etibarilə romanda insanın öz həyatında hiss etdiyi boşluq, uçurum, daxilindəki məni, məna yüklənilməsi çətin olan hislərlə üzləşməyə çalışılıb. Başa düşülməsi çətin və bir dəfəyə oxuyub bitirə biləcəyiniz roman deyil. Axı insanın özünü başa düşməsi asan deyil ;)
Tuesday, 18 February 2014
Məmməd Səid Ordubadi - ev muzeyi
Əgər bu yazımı oxumusuzsa onda deməli Məmməd Səid Ordubadi ilə Bülbülün qonşu olduğunu bilirsiz. Və söz verdiyim kimi Məmməd Səid Ordubadinin ev muzeyinə də getdim. Təəssüflər olsun ki, bu muzeydə də şəkil çəkməyə icazə vermədilər. Bilməyənlər üçün qeyd edim ki,buna səbəb şəkil çəkən istənilən mexanizmin muzeydəki əşyalara zərər verməsidir.
Saturday, 1 February 2014
Lettres à l'inconnue - André Maurois
Milliyətcə yəhudi olan və 1885-ci ildə Fransada, Ruan yaxınlığındakı Эльбёф (фр. Elbeuf ) şəhərciyində doğulan məşhur yazıçı Emil Salomon Vilhelm Herzoqun (Émile-Salomon-Wilhelm Herzog) əsərlərini qələmə aldığı təxəllüsü - André Maurois ( Andre Morua) - dır. Birinci dünya müharibəsi illərində hərbi tərcüməçi və rabitə zabiti kimi xidmət göstərən Marua ilk romanını - "Les Silences du Colonel Bramble" ( Susqun polkovnik Brambl) - 1918-ci ildə nəşr etdirmiş və bu roman müəllifə böyük şöhrət qazandırmışdır.
Wednesday, 29 January 2014
The Book Thief (Воровка книг) (2013)

İkinci Dünya müharibəsi ilə baxdığım ilk filmlər çoxlarında olduğu kimi "Семнадцать мгновений весны", "The Pianist" "Ликвидация", "La vita è bella", "Диверсант" kimi filmlər olub. Əminliklə deyə bilərəm ki, heç bir film «Семнадцать мгновений весны» və "The pianist" qədər təsirli deyildi. Heç dünən baxdığım "The Book Thief" də müharibəni mənim gözlədiyim kimi ifadə edə bilməmişdi.
Dünən Xəyalənin sonuncu imtahan günü idi (28.01.2014) və biz imtahanların bitməsi şərəfinə hava soyuq olsa belə kinoteatra getdik. Seçdiyimiz film təbii ki, gəlməsini səbirsizliklə gözlədiyimiz "The Book Thief" («Воровка книг») filmi oldu. Bu film Markus Zusak-ın eyni adlı əsəri əsasında çəkilib. 1975-ci ildə 23 iyun tarixində Sidneydə anadan olan yazıçının 6 romanı var. Bunlardan elə ən məşhuru da "The Book Thief" (2006) romanıdır.
Tuesday, 28 January 2014
Murtuza Məşədi Rza oğlu Məmmədov - Bülbül (ev muzeyi)
Muzeylərə getməyi sevirəm. Xüsusən də ev muzeylərinə. Bu bir növ zamanda səyahətə bənzəyir : yaşadığınız zamandan ayrılıb ev muzeyinə getmiş olduğunuz insanın zamanına səyahət. Maraqlı və nostalji hislər yaşayırsız. Bu gün bir telefonda bizim adi funksiya kimi qəbul etdiyimiz həm diktafon, həm radionun əvvəllər hər birinin çox böyük bir elektrotexnika aləti olduğunu görmək inanın mənə çox maraqlıdır. Fonovalik və radionu xüsusilə qeyd etməyimin səbəbi bu gün imtahandan sonra getdiyimiz ev muzeyində diqqətimi xüsusilə çəkən məhz bu iki böyük əşya idi.
Sunday, 12 January 2014
Giacomo Antonio Domenico Michele Secondo Maria Puccini :Madama Butterfly (Çioçio-san)
Məşhur italyan bəstəkarı, verizmin ən parlaq nümayəndələrindən biri olan Puççininin “Çioçio-san” operası yapon geyşasının Amerika
donanmasının leytnantına olan məhəbbətindən bəhs edir. Bu tamamilə müasir bir mövzuya
yazılan operadır.Bəstəkar Yaponiyanı, onun ənənələrini səhnədə göstərir. Yəni çox
orjinal, tamamilə Avropa opera səhnəsi üçün yeni olan süjetdir.
Subscribe to:
Posts (Atom)









