Sunday, 16 November 2014

Giacomo Puccini : “la Boheme” (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı)

Əsas rolların ifaçıları və içtirakçılar : 
Mimi - Afaq Abbasova 


Muzetta - Gülnaz İsmayılova

Rudolf - Fərid Əliyev

Marsel - Vladimir Qromov

Kollen - Əkrəm Polatov


Şonar - Tural Ağasıyev

Benua - Firuz Məmmədov


Alsindor - Əli Əsgərov

                    Tələt Hüseynov

Parpinol - Əliəhməd İbrahimov 

Qəhvəxanaçı -  Firuz Məmmədo



Operanın məzmunu:

                           Birinci pərdə. Birinci  şəkil.
      Parisin latın məhəlləsində mansarda.  Opera Kiçik bir girişlə başlayır. 
       Şair Rudolf və Rəssam Marsel işləməyə cəhd etsələr də, heç nə alınmır, çünki otaq soyuq, dostlar isə acdırlar. Lakin onlar öz çətinliklərinə yumor hissi ilə yanaşırlar. Bu zaman soyuqdan donmuş filosof Kollen, onun ardınca isə musiqiçi Şonard gəlir. Şonar hardansa bir qədər odun, şərab və ərzaq tapıb gətirmişdir. Canlanmış dostlar kirayə haqqını tələb etməyə gələn ev sahibini şən halda zarafata tutub yola salırlar. Sonra isə özləri də yeməkxanaya yollanırlar. Evdə yalnız Rudolf qalır, çünki o yazdığı məqaləni bitirməlidir. Bu zaman kimsə qapını cəsarətsiz halda döyür. Bu həmin evdə yaşayan Mimidir. O şam yandırmaq üçün kibrit istəməyə gəlmişdir. Gənc oğlan və qız mehribancasına söhbət edirlər. Nəhayət, Mimi getmək istəyir. Amma geri qayıdır, çünki otağının açarını itirmişdir. Açarı axtararkən şam sönür. Rudolf da öz şamını qəsdən söndürür, çünki Rudolfun Mimiyə qarşı hüsn-rəğbəti var. Miminin tənha, zərif, sadə həyat tərzi Rudolfa dərindən təsir edir. O məhəbbətini Mimiyə etiraf edir və ondan da müsbət cavab alır. Küçədən dostların səsi eşidilir. Xoşbəxt Mimi və Rudolf onlara qoşulurlar. I şəkil bununla nəticələnir.







                                     
İkinci şəkil :
      Latın məhəlləsi “Milad bayramı”nı qeyd edir. Küçə və meydanlarda qələbəlik hökm sürür. Mimi və  Rudolf,  Marsel, Şonard və Kollen şən halda zarafatlaşaraq, qəhvənaxaya gəlirlər. Ziyafətin ən qızğın vaxtında Marselin keçmiş sevgilisi Musetta öz qoca və varlı pərəstişkarı Alsendoro ilə məclisə təşrif gətirir. Kasıb həyat keçirən Marselin həyat tərzi Musettanı cana doyurduğundan Marseli atsa da, onu əvvəlki məhəbbətlə sevir. Marsel sevgilisinin xəyanətinə görə ondan hayıf çıxmaq istəyir və ona görə də özünü elə aparır ki, guya Musettanı görmür. Bu laqeydlik Musettanı əsəbləşdirir, lakin Alsendorun iştirakı mane olur. Nəhayət, o Alsendoru harasa göndərir və Marseli qucaqlayır. Bu zaman xidmətçi məclisin hesabını gətirir. Şonar qorxu içərisində artıq pulu olmadığını deyir. Lakin Musetta yenə çıxış yolu tapır. Xidmətçiyə bildirir ki, hesabı onun tanışı ödəyəcək. II şəkil burada bitir.


               
          İkinci pərdə. Üçüncü şəkil.
    Parisin ətrafında yeməkxana. Yeməkxanadan şən səslər, Musettanın gülüşü eşidilir.  
         II şəkil şəhərin – şəhərin məişət fonunun təsviridir.  Bayram ərəfəsində olan şəhərin rəngarəngliyi burada  təsvir olunur. Mimi Marsel ilə məsləhətləşmək üçün buraya gəlir. O Rudolfun öz qısqanclığı ilə onların həyatını dözülməz etdiyindən şikayətlənir. Güclü öskürək Miminin danışmasına mane olur. Rudolfun gəldiyini görüb Mimi ağacın arxasında gizlənir. Rudolf əvvəlcə Mimini yüngül xasiyyətlilik və işvəkarlıqda günahlandırır, sonra isə həqiqəti açıb söyləyir. Onun sevgilisi vərəm xəstəsidir. Bunu eşidən Mimi hönkürüb ağlayır və Rudolfdan uzaqlaşmaq qərarına gəlir. Sevgililər dərin kədər içində vidalaşırlar. 
Marsel və Muzettanın xoşbəxtliyinin ömrü də uzun sürmür. Onlar arasında mübahisə baş verir və bu ayrılığa səbəb olur.

                                    Dördüncü şəkil
     
Marsel və Rudolf yenə öz otaqlarındadırlar. I şəkilin eyni səhnəsidir. Onlar yenə işləməyə çalışsalar da, heç nə alınmır. Onlar sevgililərinin həsrətini çəkirlər. Gözlənilmədən Musetta həyəcanlı halda bura gəlir. Onunla birgə Mimi də gəlmişdir. Lakin Mimi elə vəziyyətdədir ki, yuxarı qalxmağa da taqəti yoxdur. Rudolf onu gətirir. Dostları ilə birgə onu yatağa uzadırlar. Otaq çox soyuqdur. Musetta Mimi üçün yemək və həkim çağırmaq məqsədilə öz sırğalarını Marselə verir. Onlar birgə gedirlər. Daha sonra Rudolfla Mimi tək qalır. Mimi isə xoşbəxtdir, çünki sevgilisi ilə birlikdədir və onun xoş sözlərini eşidir. Lakin artıq ömrünün sonudur. Qəfildən boğulmağa başlayır. Rudolfun qışqırığına dosları gəlir. Tədricən Mimi sakitləşir və ölür...

    Lakin onun ölümü son dərəcə xoşbəxt ölümdür. Çünki həyatını dostlarının və sevimli insanın əhatəsində başa vurmuşdur. Bu ölüm yuxuya bənzəyir. O ölümü ilə bir daha təsdiqləyir ki, heç bir var dövlət məhəbbəti, dostluğu və insan münasibətlərinin hərarətini əvəz edə bilməz.



No comments:

Post a Comment