Noyabr ayının 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Alfred Şnitkenin 80 illik yubileyi ilə əlaqədar konsert keçirildi. Konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Rəna Rəhimova, Fəqan Həsənli, Nigar İbrahimova və Azadə Abdullayeva çıxış etdilər. Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayev idi.
İlk səslənən əsər “Qədim üslubda Süita” (Сюита в старинном стиле ; Suite in the Old Style ) adlanan əsər idi. Bu əsər Şnitkenin iki ifaçı – fortepiano və skripka üçün nəzərdə tutulmuş silsilə əsəridir. 5 hissədən ibarət olan bu əsərin hər hissəsi müəyyən başlığa malikdir :
1. hissə – "Pastoral"
2. hissə – "Balet"
3. hissə – "Menuet"
4. hissə –
"Fuqa"
5. hissə –
"Pantomima"
Konsertdə səslənən ifada fortepiano əvəzinə klavesin ifa edirdi. İnsan özünü bir anlıq bu əsərlə barokko dövründə hiss edirdi.
Konsertdə səslənən ifada fortepiano əvəzinə klavesin ifa edirdi. İnsan özünü bir anlıq bu əsərlə barokko dövründə hiss edirdi.
Daha sonra Piano Konserti səsləndi. Solist : Fəqan Həsənli idi.
Konsertin sonunda isə 1977-ci ildə yazılmış , 2 skripka, klavesin,
hazırlanmış fortepiano və simli orkestr üçün Concerto Grosso No 1 səsləndi. 1977 -ci ildə yazılan bu əsər konsert
polistilistika janrındadır. Concerto Grosso-un müəyyən hissələrini bəstəkar kinofilmlərə musiqi materialı kimi istifadə edilmişdir. Məsələn, tanqo
"Агония" filmində səsləndi, bəzi digər mövzular "Сказ про то,
как царь Петр арапа женил" və
"Kəpənək" cizgi filmi, üçüncü hissədən olan mövzu isə — "Восхождение" filmində istifadə
olunub.
Hissələrinin hər biri müəyyən başlığa malikdir.
I. Müqəddimə
II. Tokkata
III. Reçitativ
IV. Kadensiya
V. Rondo
VI. Postlüdiya
No comments:
Post a Comment