Kosertin 1-ci hissəsində əvvəlcə müəllifin "Metamorfozlar" simfonik poeması və 2 saylı Simfoniyası səsləndi.
İkinci Hissə 6 No - simfoniyasının ifasıyla başladı.
Ən sonda bəstəkarın "Piano konserti" səsləndi. Bu əsər ilk dəfə Filarmoniyada bu il 6-cısı keçirilən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının açılışında səslənmişdi. O zaman solist Ceyhun Allahverdiyev idi. Bu dəfə isə Adilə Əliyeva idi. Dünya şöhrətli pianoçu, Azərbaycan Respublikasının Əməkdar Artisti Adilə Əliyeva Ali Fransa Musiqi Akademiyasının direktorudur.
Musiqi ile 5 yaşından meşğul olmağa başlamışdır. 7 yaşında Simfonik orkestrinin müşaiyəti ilə ilk konsertini vermişdir.
Musiqi təhsilini Moskva şəhərində alan A.ƏIiyeva P.I.Çaykovski adına Konservatoriyasını ve Aspiranturasını bitirmişdir. Moskvada keçirilən S.Raxmaninov Beynəlxalq müsabiqənin, Rio-de-Janeyroda keçirilen Villa-Lobos adına müsabiqələrin laureatıdır. "Zvezdı Rossii" ansamblının lideri olmuşdur.
Fransa İnstitutu ve İncəsənət Akademiyasının kansleri Marsel Landovski Adilə Əliyevan əsrimizin ən görkəmli pianoçularından biri kimi dəyərləndirmişdir. 1998-ci ildən etibarən A.ƏIiyevanın adını daşıyan "Pianoçuların A.Əliyeva adına Beynəlxalq Müsabiqəsi" mütəmaden Fransa dövləti terefinden keçirilir. Bu Müsabiqənin təşkilat komitəsinin tərkibində dünya mədəniyyətinin görkemli nümayendələri - bəstəkar R.Şedrin, efsanəvi balerina M.Plesetskaya, görkemli dirijorlar, müxtəlif ölkələrin səfirləri, nazirlər, senatorlar iştirak edir. Sonuncu IX Müsabiqə 2014-cü iidə keçirilmişdir.
Azerbaycan telekanallarının bir çoxu A.ƏIiyevanın yaradıcılığı ile bağlı çoxlu sayda film ve verilişlər çəkmişlər.
Adilə Əliyeva hemçinin Fransanın musiqi professorudur (Ansar ve Anmasda).
A.ƏIiyeva Melodiya, Cascaveli, Qallo, Disque office (İsveçrə), EMI KLASSİK ve ACB KLASSIK (Fransa) səsyazma şirketleri 30 kompakt diskin ve DVD-in müəllifidir. Disklərə yazılmış müasir əsərlərin əksəriyyəti A.ƏIiyeva üçün yazılmış və ona həsr olunmuşdur.
200-dən artıq radio ve televiziya şirkətleri, o cümlədən Ingiltərə (BBC), Almaniya (Deutchland Funk ve s.,), Belçika (RTBF, BRT), İsveçre (DRS, RSI, RSR və s.), İsveç, Norveç, İslandiya, Hollandiya, Danlmarka ve s. mütəmadi olaraq onun yaradıcılığı ile bağlı verişler nümayiş etdirirler.
No comments:
Post a Comment