Thursday, 17 June 2021

Şuşa...Peterburq...Paris...

 Bu ilin fevral ayında Əhməd bəy Ağaoğlunun “Şuşa, Peterburq, Paris xatirələri...”adlı kitabını oxumuşdum. Həmin kitabdan bir cümlə diqqətimi çox çəkmişdi. Əhməd bət yazırdı: “Mən indi heç bir zaman özümütam və bütün hiss edə bilmirəm. Bilirsinizmi, özümü yarımyamalaq hiss etmək necə cəhənnəm əzabıdır! Mənim Avropa musiqisindən də, Şərq musiqisindən də xoşum gəlir. Eyni zamanda görürəm və hiss edirəm ki, nə birincini bir Avropalı qədər tam vı bütün hiss edirəm, nə də ikincini bir şərqli kimi...”

Bu cümləni oxuyarkən çox qəribə hiss etdimişdim. Çünki əslində mənim özüm də həm Avropa musiqisini, həm də Şərq musiqisini sevirəm. Lakin Əhməd bəy Ağaoğlundan fərqli olaraq özümü tam da hiss edə bilirəm. 

Sunday, 7 March 2021

Yenidən...


Yazmaq üçün darıxmışam. Ürəyimi boşaltmağa ihtiyacım var. 

İlin əvvəlində kariyera planlarımı dəyişmək üçün ciddi addımlar attım. Hal-hazırda o mərhələni yekunlaşdıra bilmək üçün kitablardan, mühazirələrdən başımı qaldıra bilmirəm. Çətindir. Yorğunluqdan bəzən ağlamağım gəlir. 

Amma xəyallarımı reallaşdırmaq üçün risk almaq məcburiyyətindəydim. Dəyişikliklər asan olmur. 

Amma səbrim geri qayıtdığı üçün xoşbəxtəm. İndiki dövr dəyişməyi gözə almağı öyrədir. Gözə almağı bacarmağı. 

Hər hadisənin mütləq bir səbəbinin olduğuna əminəm. Bəlkə də 3 yaşımda anamın mənə etdiyi izaha görə hər hadisənin mütləq bir səbəbini axtarıram. Anamdan özüm haqqında soruşanda "çox sakit uşaq olmusan" deyir. Nə yaxşı ki, narahat uşaq olmamışam. Nə yaxşı ki, öz dünyamda xoşbəxt uşaq olmuşam. Mən indi də özümlə, öz dünyamda xoşbəxtəm. Yaxşı ki, valideynlərimin çox müdaxilələri olmayıb. 

Ömrün nə zaman bitəcəyini hiç kim bilmir. 

Bəlkə indi, bəlkə sabah, bəlkə günlər, illər sonra. 

Amma yenə də hər şeyə görə təşəkkürlər Dünya. Yaşatdığın, yaşadığım, yaşamaq məcburiyyətində olduğum, yaşamadığım da hər şeyə görə.