Thursday, 17 June 2021

Şuşa...Peterburq...Paris...

 Bu ilin fevral ayında Əhməd bəy Ağaoğlunun “Şuşa, Peterburq, Paris xatirələri...”adlı kitabını oxumuşdum. Həmin kitabdan bir cümlə diqqətimi çox çəkmişdi. Əhməd bət yazırdı: “Mən indi heç bir zaman özümütam və bütün hiss edə bilmirəm. Bilirsinizmi, özümü yarımyamalaq hiss etmək necə cəhənnəm əzabıdır! Mənim Avropa musiqisindən də, Şərq musiqisindən də xoşum gəlir. Eyni zamanda görürəm və hiss edirəm ki, nə birincini bir Avropalı qədər tam vı bütün hiss edirəm, nə də ikincini bir şərqli kimi...”

Bu cümləni oxuyarkən çox qəribə hiss etdimişdim. Çünki əslində mənim özüm də həm Avropa musiqisini, həm də Şərq musiqisini sevirəm. Lakin Əhməd bəy Ağaoğlundan fərqli olaraq özümü tam da hiss edə bilirəm. 

Sunday, 7 March 2021

Yenidən...


Yazmaq üçün darıxmışam. Ürəyimi boşaltmağa ihtiyacım var. 

İlin əvvəlində kariyera planlarımı dəyişmək üçün ciddi addımlar attım. Hal-hazırda o mərhələni yekunlaşdıra bilmək üçün kitablardan, mühazirələrdən başımı qaldıra bilmirəm. Çətindir. Yorğunluqdan bəzən ağlamağım gəlir. 

Amma xəyallarımı reallaşdırmaq üçün risk almaq məcburiyyətindəydim. Dəyişikliklər asan olmur. 

Amma səbrim geri qayıtdığı üçün xoşbəxtəm. İndiki dövr dəyişməyi gözə almağı öyrədir. Gözə almağı bacarmağı. 

Hər hadisənin mütləq bir səbəbinin olduğuna əminəm. Bəlkə də 3 yaşımda anamın mənə etdiyi izaha görə hər hadisənin mütləq bir səbəbini axtarıram. Anamdan özüm haqqında soruşanda "çox sakit uşaq olmusan" deyir. Nə yaxşı ki, narahat uşaq olmamışam. Nə yaxşı ki, öz dünyamda xoşbəxt uşaq olmuşam. Mən indi də özümlə, öz dünyamda xoşbəxtəm. Yaxşı ki, valideynlərimin çox müdaxilələri olmayıb. 

Ömrün nə zaman bitəcəyini hiç kim bilmir. 

Bəlkə indi, bəlkə sabah, bəlkə günlər, illər sonra. 

Amma yenə də hər şeyə görə təşəkkürlər Dünya. Yaşatdığın, yaşadığım, yaşamaq məcburiyyətində olduğum, yaşamadığım da hər şeyə görə. 

Wednesday, 2 October 2019

Xatirə ədəbiyyatı I Xan nəşriyyatı

Uzun müddətdən sonra bloqda yazı yazmağa davam etmək qərarına gəldim. Əslində daha dəqiq desəm youtube-da paylaşdıqlarımı bura da yerləşdirəcəm, əgər kimsə hələ də arada gəlib bloğuma bağırsa və mənim nələr etməyimlə maraqlanırsa ordakı videolarımı da izləsin deyə. Bu dəfə Xan nəşriyyatı haqqında hazırladığım videonu bura yerləşdirirəm.

Tuesday, 15 January 2019

Suat Derviş : "Fosforlu Cevriye"



Suat Derviş adını aranızda bəlkə də eşitməyənləriniz var. 1903-cü ildə İstanbulda anadan olan, Osmanlı imperatorluğunun son dövründə jurnalist kimi fəaliyyətə başlamış və ümumiyyətlə dövrünün ən məşhur yazıçılarından biri olmuşdur. Əsərləri xarici dillərə tərcümə olunan ilk türk yazıçılardan olan Suat Derviş 30-a yaxın roman, bir sıra məqalə, hekayələr müəllifidir. 


Saturday, 17 November 2018

Orhan Pamuk - Masumiyet müzesi


Roman çoximkanlı bir ailənin 30 yaşındakı oğlu Kamal ilə onların uzaq və kasib qohumları olan Kəskin ailəsinin 18 yaşındakı qızları Füsun arasında keçən eşq hekayəsindən bəhs edir. Yəqinki əksəriyyətiniz bu əsər haqqında az-çox məlumatlıdır. Ümumən maraqlı əsərdir. Amma mənə görə bəzi hissələri lazımsız formada uzadılmışdı. Xüsusilə də Kamalın yaşadığı kədər bütün incə detallarıyla, hətta məncə bir az da şişirdilmiş formada təqdim olunmamalı idi. Çünki romanı oxuyan oxucu Füsunun duyğularından demək olar ki, bixəbər olur. Həddən artıq məşhurlaşmış möhtəşəm bir eşq hekayəsi statusuna deyə bilmərəm layiq idi.

Kazuo Ishiguro - "Never Let Me Go"




Oxuduğum ən qeyri-adi romanlardan biri idi.
Romanda 3 əsas obraz var : Keti, Rut və Tomi. Hadisələr elə bu əsas obrazlardan biri olan Ketinin adından danışılır. Bu uşaqların bir ailəsi yoxdur və əslində onlar cəmiyyətdəki bəzi insanların (Klonlaşdırma üçün seçilmiş insanlar da küçələrdəki evsiz-eşiksiz insanlardır) klonlarıdır.

Friday, 19 October 2018

Catherine Bybee - Wife by Wednesday

 Əvvəllər kifayət qədər imkanlı ailənin qızı olan amerikalı Samanta və britaniyalı hersoq Bleykin sövdələşmə əsasında reallaşan, lakin daha sonra real sevgiyə çevrilən münasibətləri haqqındadır. Samantanın atası öz səhvləri ucbatından iflasa uğrayır, bu hadisələrdən sonra Samanta ailənin yükünü daşımağa çalışır və iflic olmuş bacısına ən yaxşı şəraitdə baxılmasını təmin etmək üçün əlindən gələni edir. Lakin bu ondan kifayət qədər vəsait tələb edir. 

Sunday, 7 October 2018

Fərəh Pəhləvi (Yıxılan rejimin və bitməyən eşqin hekayəsi)

"Xatirə Ədəbiyyatı"ndan oxuduğum növbəti kitab İran şahı Məhəmməd Rza Pəhləvinin üçüncü həyat yoldaşı Fərəh Diba, yəni Şahbanu Fərəh Pəhləvinin "Xatirələr" kitabı oldu. Hər nə qədər xatirələrində bunu çox zaman yox, demək olar ümumiyyətlə qeyd etməsə də  Diba ailəsinin kökləri Azərbaycanda, Xəzər dənizi sahillərində yaşayan Qütbi xanədanına gedib çıxır. Tehranda dünyaya göz açan Fərəh Parisdə memarlıq təhsili almağa başlayır, lakin ailə qurduğu üçün təhsilini yarımçıq qoyur. 1967-ci ildə Kraliça (Şahbanu) titulunu qəbul edir və İran tarixi ərzində tac qoyan ilk qadın kimi tanınır. 

Sunday, 30 September 2018

Menekşe kokulu hikayeler


İçərisində 69 hekayə olan bu kitabda hər hekayənin bir adı var idi və hər hekayənin əvvəlində də onun mahiyyətinə uyğun məşhurlardan cümlə yazılmışdı.

Kitabdakı bəzi hekayələr artıq tanış idi, nə zamansa internetdən qarşıma çıxanda oxumuşdum. Amma hər bir hekayəni bəyəndiyimi də deyə bilmərəm, hətta bəzilərini mənalandıra bilmədim. 

Amma aralarında dəyərliləri də az deyildi. 📜Ümumən kitabdakı hekayələrin aşılamağa çalışdığı nəcib fikir bu idi : 

Sevginin, doğruluğun, yaxşılığın gücünə inanın və ilk əvvəl özünüzə sevgi ilə yanaşın, sonra ətrafınıza, onun bapbalaca, bir damcı işartısı belə dünyanı(mızı) sağaltmağa kifayət edir. 

Sunday, 23 September 2018

Marc Levy : "All Those Things We Never Said"

Bu əsəri oxumamışdan əvvəl hər kəsə hansısa klassik ədəbiyyat oxumadığınızı, əsərdə bu günün insanlarının təsvir olunduğunu nəzərə alaraq oxumağınızı tövsiyyə edərdim.
Çünki bir az romantik, bəlkə bəzi məqamlarda dramatik reallıqlar bu günün insanının həyatındakılardır və əsərin əsas qəhrəmanları olan Culiya və atası Entoni də sizə çox tanış gələcək. Hər kəs əsərdə bir az özünü tapacaq.