Roman çoximkanlı bir ailənin 30 yaşındakı oğlu
Kamal ilə onların uzaq və kasib qohumları olan Kəskin ailəsinin 18 yaşındakı
qızları Füsun arasında keçən eşq hekayəsindən bəhs edir. Yəqinki əksəriyyətiniz
bu əsər haqqında az-çox məlumatlıdır. Ümumən maraqlı əsərdir. Amma mənə görə bəzi
hissələri lazımsız formada uzadılmışdı. Xüsusilə də Kamalın yaşadığı kədər
bütün incə detallarıyla, hətta məncə bir az da şişirdilmiş formada təqdim
olunmamalı idi. Çünki romanı oxuyan oxucu Füsunun duyğularından demək olar ki,
bixəbər olur. Həddən artıq məşhurlaşmış möhtəşəm bir eşq hekayəsi statusuna deyə
bilmərəm layiq idi.
Kitab 2008-ci ildə nəşr olunub, kitab əsasında
hazırlanan muzey isə 2012-ci ildə açılıb. Mənə görə real olmayan hansısa kitab
personajlarının muzeyinin yaradılması maraqlı ideyadır.
Bundan əvvəl müəllifin “Mənim adım qırmızı”
kitabını oxumuşdum. Həmin əsərdəki hadisələr
yaşadığımız dövrdən bir neçə yüzil əvvəl, daha dəqiq desəm 1591-ci ildə
Osmanlıda, III Muradın hakimiyyəti dövründə baş verirdi. Tamamilə fərqli tərzdə
yazılmış əsər idi. “Məsumiyyət muzeyi”ndə isə hadisələr ötən əsrin II yarısında
baş verirdi. XX əsr mənim üçün tarixdə ən maraqlı dövr olduğu üçün hadisələri o
zaman dilimdə baş verən həm kitabları oxumağı, həm də filmlərə baxmağı çox
sevirəm. O baxımdan kitab çox sevərək oxuduğumu deyə bilərəm. Ötən əsrin
abu-havasını diuymaq, o dövrün Türkiyəsilə bağlı məlumatları oxumaq maraqlı
idi.

No comments:
Post a Comment