Thursday, 29 December 2016

Klassik Musiqi Konserti : Hüseynova Arzu; Əliyeva Mirxavər (09.12.2016)

Arzunu 9 ildir ki, tanıyıram, 9 ildir ki, rəfiqəmdi, 9 ildir ki, bir-birimizin böyüməyinə şahid oluruq. O məndən fərqlidi, mən onun gözündə necəyəm bilmirəm amma mənə görə o, özünə də, həyata qarşı da çox sərtdi. Həddindən artıq hər şeyi düşünür, hətta qərarsızlıqda qalıb sonra da hər şeyin necə var elə  olduğu kimi davam etməsinə razı olanlardandı, mənsə ən pis qərarın qərarsızlıqdan daha  yaxşı olduğunu müdafiə edənlərdənəm, mütləq hansısa  qərarı verib  onu tezliklə reallaşdırmağa çalışanlardanam. 

Monday, 26 December 2016

"Məhəbbət Tanqosu" (25.12.2016)

Yorğun günün ən möhtəşəm yekunu heç şübhəsiz mənə görə konsertə getməkdi. "Məhəbbət Tanqosu" ən nəhayət wish list-imdən silinmiş oldu. 
Aysel, dəvətnaməyə görə çoxlu-çoxlu təşəkkürlər!:)

Canlı musiqinin olmaması tamaşanın təsir qüvvəsini azaldırdı, amma bununla belə xoreqorafların əməyi təqdirə layiq idi. Xüsusilə də Edvard Arazov (Raul),  Tamilla Məmmədzadə (Laura), Samir Səmədov(Migel) , Failə Bolgarova (Tereza). Mənim xüsusilə pərəstiş edərək izlədiyim Tamilla Məmmədzadə oldu. 
Youtube-da "Məhəbbət Tanqosu" var. Amma mən yenə də öz çəkdiyim bir neçə dəqiqəlik videonu da yerləşdirdim. 

Friday, 23 December 2016

Antoine de Saint-Exupéry : "Le Petit Prince"

 Fransanı sevdiyimi çoxları bilir, bunun "Beauty and the Beast"-dən qaynaqlandığını da. Amma ümumilikdə Fransaya olan sevgimin başqa səbəbi incəsənət cərəyanlarının demək olar ki, hamısının bu ölkədə yaranmasıdı. Yox Fransadan bəhs etməyəcəm. Başlıqdan da aydın olduğu kimi bu yazımda fransız yazıçısı  Antoine de Saint-Exupéry-dən və ona dünya şöhrəti gətirmiş "Le Petit Prince"- adlı əsərindən yazacam. 
Antuan de Sent Ekzüperi 1900-cü il 29-iyun tarixində Fransaın Lion şəhərində əvvəllər Peyra adlanan küçədə doğulub. Hal-hazırda həmin küçə yazıçının adını daşıyır.  Ailənin 5 uşağından üçüncüsü olan  yazıçının uşaq vaxtı ləqəbi Tonio olub.  Ekzüperinin 4 yaşı olanda  atası beyinində baş verən qanaxma nəticəsində dünyasını dəyişir. 1909-cu ildə ailə Le-Man şəhərində məskunlaşır.

Sunday, 4 December 2016

Serenato Dolore ( 2 dekabr, 2016, "Zamanla üz-üzə")

Serenato Dolore
I hissə
Əli Əlizadə (*1961) – Serenato Dolore (1999)
Valentin Silvestrov (*1937) – Piano və orkestr üçü Postludia (1984)
I.                   Comodo
II.                Allegro Vivace
III.             Dolce

II hissə
Giya Kançeli (*1935)  - 4 saylı simfoniya (1974)
                                     “In memoria de Michelangelo”
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Okrestri
Dirijor Vladimir Runçak
Ülviyyə Hacıbəyli piano

Tuesday, 29 November 2016

Tango&Mugam (24.11.2016)

Tanqo musiqisinin mənşəyi kimi  əsasən Argentina, Uruqvay, Bounes Ayres  göstərilir. Dövr baxımından bu  təxminən 19-cu əsrin ortalarına təsadüf edir. Səs yazısı kimi ilk tanqo musiqisi argentinalı Angel Villoldo tərəfindən ifa edilib və Parisdə yazılıb. Parisdə yazılmasının səbəbi isə o dövrdə Argentinada heç bir səs yazma studiyasının olmaması idi. 

Wednesday, 9 November 2016

İkimizin yerinə

Spoiler vermək istəməzdim. Filmə baxmağa qərarlısınızsa bu hissəsini oxumayın. Birinci uşağını itirməsin deyə ikinci uşağını dünyaya gətirir. Amma bunun heç bir faydası olmur, birinci uşağı xərçəng xəsləyindən dünyasını dəyişir. İkinci uşağını da birinci uşağı kimi Çiçek adı verir və ikinci uşağını birinci uşağının yerinə qoyur amma əslində ikinci uşağını heç sevmir.  

Sunday, 30 October 2016

"Questa musica"

 Yaxşı xüsusiyyət deyil bəlkə amma mən unutmayım deyə çox zaman etməli olduqlarımı ya telefonumun təqvim, ya da qeydlər hissəsinə yazıram.  Hətta həmişə də telefonum itsə içindəki heç nə yox, məhz o qeydlərimi xatırlamamaqdan qorxuram. Yazmayanda həmin gün nə etməli olduğumu bilmirəm. Dünən elə məhz  nə etməli olduğumu xatırlamadığım, yəni konsertə getməli olduğumu telefonuma qeyd etmədiyim  günlərdən idi. Aysel zəng edib xəbər etməsəydi heç xatırlamayacaqdım. 

Monday, 17 October 2016

Baxdığım filmlər,oxuduğum kitablar ( 2014-2016 )

Sonuncu dəfə belə bir siyahlnı 2014-cü ilin sentyabr ayında hazırlamışdım. Yəni bu iki ilin siyahısı olacaq. İki ilə nəzərən kifayət qədər az siyahı olduğunu bilirəm.

Filmlərin hamısını təbii ki, tövsiyyə etmirəm. Çünki aralarında baxdığım , lakin sevmədiyim filmlər var. Amma başlıq siyahı olduğu üçün baxdıqlarımın hamısını qeyd etmişəm. 


 Hər halda film və kitab seçimlərinizdə ümid edirəm köməyi dəyər. 
  1. Eternal sunshine of spotless mind (Michel Gondry  ; 2004)
  2.  The Weeping Meadow  (Theodoros Angelopoulos ; 2004) 
  3. he Dust of Time ( Theodoros Angelopoulos ; 2009) 
  4.  Su ve Ateş ( Özcan Deniz ; 2013)
  5. Ulysses gaze ( Theodoros Angelopoulos ; 1995) 
  6. The Terminal ( Steven Spielberg ; 2004)
  7.  Kış uykusu ( Nuri Bilge Ceylan ; 2014)
  8. Bir zamanlar Anadoluda ( Nuri Bilge Ceylan ; 2011)
  9. İklimler ( Nuri Bilge Ceylan ; 2006)
  10. Yves Saint Laurent  (  Jalil Lespert ;  2014)
  11. Murder on the orient express ( Sidney Lumet ; 1974 )
  12. Ирония судьбы, или С легким паром! ( Эльдар Рязанов ; 1975)
  13. Erin Brockovich ( Steven Soderbergh ; 2000)
  14. The Machinist ( Brad Anderson ; 2004)
  15. Tears of the sun ( Antoine Fuqua ; 2003)
  16. Frida ( Julie Taymor ; 2002)
  17. Hadi inşallah ( Ali Taner Baltacı ; 2014)
  18. The Fault in Our Stars (Josh Bone ; 2014)
  19. Ma Premiere fois ( Marie Castille Mention Schaar ; 2012)
  20. It's Winter ( Rafi Pitts ; 2006 )
  21. Sweeney Todd : The Demon Barber of Fleet Street ( Tim Burton ; 2007) 
  22. Kendime iyi bak ( Serhan ArslanRuhi Yapıcı ; 2014 )
  23. Fifty shades of grey ( Sam-Taylor Johnson ; 2015 )
  24. Whiplash ( Damien Chazelle ; 2014 )
  25. İçimdeki insan ( Aydın Sayman ; 2015 )
  26. Dağ ( Alper Çağlar ; 2012 )
  27. Prince of Persia : the sands of time ( Mike Newell ; 2010 )
  28. Le passe ( Ashgar Farhadi ; 2013) 
  29. Memoirs of Geisha ( Rob Marshall ; 2005 )
  30. Kardeşim benim ( Mert Baykal ; 2016) 
  31. Əbədi ezamiyyət ( Arzu Əliyeva ; 2016) 
  32. Just Like Heaven ( Mark Waters ; 2005) 
  33. Suite Française ( Saul Dibb  ; 2014 )
  34. La Rafle ( Rose Bosch ; 2010 )
  35. The intouchables ( Olivier NakacheEric Toledano ; 2011 )
  36. If I stay ( R.J. Cutler ; 2014 )
  37. Winter's Tale ( Akiva Goldsman ; 2014 )
  38. A hologram for the King ( Tom Tykwer ; 2016 )
  39. Testament of youth ( James Kent ; 2014 )
  40. My Sweet Orange Tree ( Marcos Bernstein ; 2012 )
  41. Letters to Juliet ( Gary Winick ; 2010 )
  42. The Devil's Double ( Lee Tamahori ; 2011 ) 
  43. Me before you ( Thea Sharrock ; 2016 )
  44. Злодей ( Mohit Suri ; 2014 )
  45. Yol ( Yılmaz Güney ; 1981 )
  46. The lake house ( Alejandro Agresti ; 2006 )
  47. Pərdə ( Emin Quliyev ; 2016 )
  48. Əli və Nino ( Asif Kapadia ; 2016 )
TV series  : 


   1. Княжна из хрущевки (2013)

   2. Мажoр ( 2014) 



Oxuduğum kitablar : 

  1. Ştefan Svayq : "Bir qadının həyatının 24 saatı"
  2. Anton Çexov : "Mənim həyatım"
  3. Aqata Kristi : "Şərq ekspressində qətl"
  4. Fransuaza Saqan : "Boyunduruq" 
  5. Alber Kamyu : "Taun"
  6. Alber Kamyu : "Yad"
  7. How to Be Parisian Wherever You Are: Love, Style, and Bad Habits
  8. Debbie Macomber : "Küçük mucizeler dükkanı" 
  9. Valentina Konen : "Şubert"
  10. Ştefan Svayq : "Şahmat"
  11. Rafael Hüseynov : "Yaşıl Yarpaq"

Wednesday, 12 October 2016

"Əli və Nino"

Tarixin heç vaxt dəqiqliklə bilinməyəcək faktlarından biri "Əli və Nino" əsərinin həqiqətdə kim tərəfindən yazılmasıdır. Əsərin yazılma tarixi isə məlumdur : 1937-ci il. Yəni  80 ildən artıq bir müddət sonra  nəhayət ekranlaşdırıldı. Filmdə də yalnız baş rolların sevgi hekayəsini yox, o dövrün Bakısı da görürük. Həmçinin Azərbaycanın möhtəşəm təbiətinin heyranedici peyzajlarının da şahidi oluruq. 
"Əli və Nino" filminin rejissoru  əslən hindli və Böyük Bitaniyada yaşayan müsəlman ailəsində  1972-ci ildə doğulan Asif Kapadiyadır. Çəkdiyi filmlərin əksəriyyəti fərqli film festivallarında həm qalib gəlib, həm də müəyyən nominasiyalara layiq görülüb. 

Wednesday, 21 September 2016

Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı ( 20.09.2016)


Sentyabrın 20-də Muzey Mərkəzində Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan bəstəkarları və musiqişünaslarının elektron kataloqu”nun təqdimatı keçirildi.

Monday, 19 September 2016

Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı ( 18.09.2016)

Çağdaş Azərbaycanın  qurucularından biri olan Üzeyir Hacıbəyli 131 il bundan öncə doğulmuşdu. 63 yaşında isə həyata gözlərini yumdu. Onun adına keçirilən festival isə bu il 8 yaşındadır. 

Sunday, 11 September 2016

Rafael Hüseynov "Vaxtdan Uca" - "Yaşıl Yarpaq"

Azərbaycan musiqi sənətinin ilk qaranquşlarından olan Müslüm Maqomayevi hamımız tanıyırıq. Əslində hamımız elə  dövrünün görkəmli şəxsiyyəti olduğunu, musiqi sənətimizdə mühüm işlər gördüyünü bilirik. Amma məhz bu kitabla Müslüm Maqomayevə bəstəkar kimi yox  insan gözüylə baxa bildim. İstər onun həyat yoldaşı Badigülcamala və silahdaşı Üzeyir Hacıbəyliyə yazdığı məktublarında, istər həmin dövrün mətbuat və qəzetlərində ona qarşı yazılan tənqidi çıxışları  təmkinlə  cavablandırmasında, istər başı bəlalı "Şah İsmayıl" operasını  Mirzə Qədir İsmayılzadənin yox Əlisəttar İbrahimov librettosuyla işləməyə başlamasına baxmayaraq özünün deyişiylə vicdan məhkəməsində Rzaqulu Həsənovun keçilməz xahişini qəbul edərkən, istər Ərəblinskinin ölüm xəbərini eşidəndə belə dirijor pultu arxasında dayanmağa məcbur olanda ...

Tuesday, 6 September 2016

From Jerusalem with Love


Sentybarın 5-də R.Mustafayev adına  Azərbaycan Milli İncəsənət muzeyində "Yerusəlimdən sevgi ilə" adlı  klassik musiqi konserti keçirildi.  Adından da məlum olduğu kimi konsertdə İsraildən olan ifaçılar iştirak edirdi. Beləki ki,  konsertdə - Mehriban Hajiyeva - Soprano ( İsrael), Yedidia Schwarz - Violin (Isreal) , Ilakha Sadikhzadeh - Piano ( Azerbaijan) - iştirak edirdi. 


Friday, 26 August 2016

Stefan Zweig : "Schachnovelle"

İkinci dünya müharibəsinin dünyada və insanlarda yaratdığı ağrıya dözə bilməyib dünyadan öz istəyilə getməyi qərara alan və bunu öyrənəndə təəssüf hissi keçirdiyim yazıçının son əsəri "Şahmat" novellasıdır. İnsanları öz əsərlərindən məhrum qoymağa haqqı yox idi deyə düşündüyümdən idi təəssüflənməyim. Amma əsərlərini oxuduqca dünyada olan zülmləri olduğu kimi təsvir etməyindən başa düşdüyüm qədərilə yaşamağın mümkünlüyündə zərrə ümid görsəydi yəqinki heç vaxt bu addımı atmazdı. 

Sunday, 7 August 2016

Şəki Şəhəri ( Şəki xan sarayı, Şəki Xanlarının Evi, Sabit Rəhmanın ev muzeyi)

Şəki görmək istədiyim ən qədim şəhərlərimizdən biri idi. Nəhayət arzuma çatdım. Əvvəlcə onu deyim ki, Şəki Qəbələdən də uzaqdı amma qəribədir ki,  həmin yol insanı yormur. Bircə Şamaxı tərəflərdəki səhralıq olmasa daha yaxşı olar. Biz səhər tezdən yola çıxmışdıq. Orda günlərlə qalıb gəzmək üçün çox zamanımız yox idi. Gün itirməmək baxımından səhər tezdən çıxmışdıq. Hətta səhər yeməyi belə yeməmişdik.

Sunday, 10 July 2016

«Шуберт» (Валентина Конен) 1959

 Года 4 назад я купила эту книгу.  Честно говоря я  никак не могла найти у себя силы для того чтобы читат эту книгу.  Это не потому что я  малo знаю зарубежныx   композиторoв классической музыки. А потомучто я в  тот периoд времени не былa готовa читать книгу a настоящей  человеческой жизни которoй в детсве уже зналa a его мучительной и  тяжелой жизни.

Monday, 4 July 2016

The Shop on Blossom Street

68 yaşlı Debbie Macomber (1948) hal-hazırda ədəbiyyatda tanınan simalardandır. Tərəzi bürcüdür :)

Oxuduğum kitab əslində yazıçının " Blossom Street" kitab seriyasına daxil olan kitablardan biridir. Yəni ordakı qəhrəmanların mən oxuduqdan sonrakı həyatlarında nə baş verir bunu artıq bilmirəm.
"Küçük mucizeler dükkanı" hissələrə ayrılmış şəkildə yazılıb.
Bildiyim qədərilə Debbie Macomberin bir sıra kitabları belə yazılıb. Yəni hər bir hissə əsas qəhrəmanlardan birinə həsr olunur. "Küçük muziceler dükkanı" ümumi 51 hissədən ibarətdir. Ardıcıllıqla mağazanın sahibi Lydia Hoffman, kursun üzvləri  Jacqueline Donavan, Carol Girard, Alix Townsend haqqında elə bu personajların adlarıyla olan başlıqlar verilir.  Kitab da elə  bu personajların məhz belə ardıcıllığı ilə davam edir. Əvvəlcə Jacqueline-ni heç çox istəməmişdim. Əslində sonra qədər ona o qədər də isti münasibət bəsləyə bilmədim.

Sunday, 19 June 2016

How to Be Parisian Wherever You Are: Love, Style, and Bad Habits


 Bir-birindən tamamilə fərqli dörd rəfiqənin müəllifi olduqları bu kitab 2014-cü ildə nəşr olunub. Fashion industriyasıyla az-çox maraqlanan hər qızın yəqinki bu kitabdan xəbəri var. 

Kitabda yazılanların çoxusuyla razı deyildim. 
Kitabda fransız qadınlarının həyata, dostluğa, sevgiyə yanaşma tərzləri kiçik esselər formasında təqdim olunub. 

Sunday, 29 May 2016

"Ölülər" (tamaşa)

Mirzə Cəlil Azərbaycan Cumhuriyyəti qurulandan 49 il əvvəl dünyaya gəlmişdi. Yəni 1869-cu ilin fevralın 22-də. 
"Molla Nəsrəddin" ədəbi məktəbinin banisidir. "Çay dəstgahı", "Danabaş kəndinin əhvalatları"...
  İstənilən əsərinin adı çəkiləndə tərəddüdsüz xatırlanan yazıçımız, dünənimizin, kədərli olsa da bu günümüzün, hətta bəlkə də gəcələyimizin reallıqlarını göstərən şəxsiyyətdir. 

Monday, 7 March 2016

"Kardeşim Benim"

Sabahın xeyir dünya. Sabahınız xeyir uzun müddət məni bloqumda görməyənlər. Sabahınız xeyir yazılarım üçün darıxanlar. Təvazökarlıqdan uzaq oldu bilirəm :)))
Və salam , təsadüfən  sırf film haqqında oxumaq üçün bloquma gələnlər. 

Çox ehtimal ki, bu filmdən həyati nəticələr çıxarmaq üçün gedilmədiyini bilirsiz.  Qeyri-adi mövzusu yoxdu. Hətta mövzusu bir az da türklərin "Yeşilçam" filmlərinə bənzəyirdi.

Tuesday, 16 February 2016

"Əbədi Ezamiyyət"

"Əbədi Ezamiyyət" adlı sənədli film ilk dəfə bu ilin yanvar ayının 22-də Nizami Kino Mərkəzində təqdim olunmuşdu. Çoxsaylı tamaşaçıların istəyilə bu gün də yenidən Nizami Kino Mərkəzində bir daha film nümayiş olundu.