68 yaşlı Debbie Macomber (1948) hal-hazırda ədəbiyyatda tanınan simalardandır. Tərəzi bürcüdür :)
Oxuduğum kitab əslində yazıçının " Blossom Street" kitab seriyasına daxil olan kitablardan biridir. Yəni ordakı qəhrəmanların mən oxuduqdan sonrakı həyatlarında nə baş verir bunu artıq bilmirəm.
"Küçük mucizeler dükkanı" hissələrə ayrılmış şəkildə yazılıb.
Bildiyim qədərilə Debbie Macomberin bir sıra kitabları belə yazılıb. Yəni hər bir hissə əsas qəhrəmanlardan birinə həsr olunur. "Küçük muziceler dükkanı" ümumi 51 hissədən ibarətdir. Ardıcıllıqla mağazanın sahibi Lydia Hoffman, kursun üzvləri Jacqueline Donavan, Carol Girard, Alix Townsend haqqında elə bu personajların adlarıyla olan başlıqlar verilir. Kitab da elə bu personajların məhz belə ardıcıllığı ilə davam edir. Əvvəlcə Jacqueline-ni heç çox istəməmişdim. Əslində sonra qədər ona o qədər də isti münasibət bəsləyə bilmədim.
Xərçəng xəstəliyinə tutulan və müalicə aldıqdan sonra həyatına davam etməyə çalışan, ya da daha doğrusu həyata yenidən başlamağa səy göstərən Lydia Hoffman-nla bərabər bu yolda qarşısına çıxan insanların həyatlarına daxil olmuş oluruq.
Yazıçının dili olduqca sadədir. Kitab hadisələrin sanki ətrafınızda baş verirmiş təsiri bağışlayır. Fəlsəfəyə ehtiyac duymadan yazıçının yazmaq istədiklərini başa düşmək olur. Çünki demək istədiklərini olduğu kimi yazır. Mətnaltı bir məna axtarmağımıza ehtiyac olmur. Bəlkə də həyatı çətinləşdirmək, ona həddindən artıq məna yükləmək üçün əlavə səy göstəmək də lazım deyil. Bəlkə də həyatı elə Debbie Macomber-in yazdığı kimi sadə yaşamaq lazımdır.
Amma bir daha bu yazıçının hər hansısa bir kitabını oxumaq istəyəcəyimə o qədər də əmin deyiləm. Hər halda qış aylarında, tətildə olsanız, hekayə tərzində, sadə, gündəlik həyatda baş verənlərdən bəhs edən, sizi yormayacaq hansısa bir kitab oxumaq istəsəniz bu yazıçının kitablarını nəzərə alın.
Kitabdan seçdiklərim :
Artık o eski tasasız kız değilim..yaşadığım her günün değerini biliyorum. çünkü ; hayatın ne kadar değerli olduğunu öğrendim... hiçbir şeyi, özellikle de hayatı hafife almaz oldum. artık hiçbir günümü boşa geçirmiyorum. çektiğim acıların bir karşılığı olduğunu öğrendim.
Hayatını yaşa, Lydia. Dışaɾı çıkıp dünyayı keşfet. Yüzüne kıɾışıklıklaɾ dolmadan ya da ölüm kapını çalmadan hayatın tadını çıkaɾ.
Mutluluğun beni bulmasını beklemektense ben onu bulmaya çalışmalıydım.
Yaşadığım her günün değerini biliyorum. Çünkü hayatın ne kadar değerli olduğunu öğrendim...
Gelecekte neler olacağını bilmediğime şükrediyordum. Bir zamanlar babama, Tanrı'nın neden bize yarınları söylemediğini sormuştum. O da geleceği bilmemenin aslında bir lütuf olduğunu, neler yaşayacağımızı bilirsek hayatlarımızı ve mutluluklarımızı hak ettiğimize inanmayacağımızı söylemişti.
Her zamanki gibi babam haklıydı.
Bilmiyorum fark ettin mi ama hayatta hiçbirşeyin garantisi yok.

No comments:
Post a Comment