Bir-birindən tamamilə fərqli dörd rəfiqənin müəllifi olduqları bu kitab 2014-cü ildə nəşr olunub. Fashion industriyasıyla az-çox maraqlanan hər qızın yəqinki bu kitabdan xəbəri var.
Kitabda yazılanların çoxusuyla razı deyildim.
Kitabda fransız qadınlarının həyata, dostluğa, sevgiyə yanaşma tərzləri kiçik esselər formasında təqdim olunub.
Kitabda ən məşhur Parisli qadınların heç də əslən fransız olmadıqları bölmə də var idi. Onlardan Fransız kralı 16-cı Luislə evlənən Avstraliyalı Marie Antoinette, Amerikalı Josephine Baker, Vyanalı Romy Schneider, ingilis Jane Birkin nümunələr arasında idi. Hətta Jane Birkinlə Serge Gainsbourgun Je t'aime, moi non plus adlı mahnısının da adı keçir.
Bir filmin başlangıcı, bir ortası və bir sonu olmalı, ama sıralama ille de böyle olmak zorunda değil. Jean Luc Godard
İşləriniz bitdikdən sonra sevdiyiniz bitki çayını dəmləyib bu kitabı oxumağa başlayın. Mən xəyalımda tamam başqa cür bir kitab olduğunu düşünmüşdüm. Böyük görünməyinə aldanmayın, 1-2 saata bitirəcəksiz. Düzü fashionla bağlı maraqlı heç bir məlumata rast gəlmədim. Hamısını indiyinə kimi bilənənlər idi.
Bu kitabı oxuyun demirəm, heç məncə burdakı kimi yox, özünüz bildiyiniz kimi Parisli olun -)
Bu - linkdən kitabın müəyyən bir hissəini rus dilində oxuya bilərsiz.





No comments:
Post a Comment