
Erix Mariya Remarkın "Lissabon gecesi" adlanan romanı ilk dəfə olaraq 1961-ci ildə "Welt am Sonntag" ("World on Sunday") jurnalında çap olunur.Ayrıca olaraq isə 1962-ci ildə çapdan çıxır.Bu roman vaxtilə Almaniyada qəzet redaktoru işləmiş,faşistlərin hakimiyyətə gəlişindən sonra totalitar rejimin buxovlarına dözməyib almanlar tərəfindən hələ zəbt olunmamış Avropa ölkələrinə mühacirət etmiş şəxsin (İkinci Şvars) yaşadığı didərginlik həyatı barədə digər almana Lissabonda bir gecənin içində danışdıqlarından ibarətdir.
