Friday, 6 September 2013

Stefan Zweig : "Brief einer Unbekannten".

     Stefan Zweig (azərbaycan dilində Ştefan Svayq )1881-ci ildə 28-noyabr tarixində Vyanada varlı yəhudi ailəsində dünyaya gəlib.Dünya ədəbiyyatı tarixinə psixoloji novellalar və tarixi-bioqrafiq oçerklər,esseler ustası kimi daxil olan Ştefan Svayq həyatının çox hissəsini Avstriyadan uzaqda keçirmişdir.Kiçik yaşlarından ədəbiiyata və sənətə böyük maraq göstərmişdir.İngilis,italyan,ispan,fransız dillərində sərbəst danışa bildiyi üçün o dövrün sayılıb seçilən sənət adamları ilə dostluq əlaqələri yaratmışdı.
Eləcə də latın və yunan dillərini də bilirdi.Birinci dünya müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanmış  lakin cəbhəyə yararsız olduğu üçün Müharibə Arxivində işləməyə göndərilmişdir.

     1920-ci ildə Frederike Von Winternit ilə Vynada evlənir.Birinci həyat yoldaşından ayrıldıqdan sonra Lotte Altmann ilə ailə qurub.

     Birinci dünya müharibəsini insanların səhvi hesab edən Svayq ikinci belə  müharibə olacağına inanmırdı.Və İkinci Cahan müharibəsinin başlanması yazıçını əməlli-başlı sarsıtdı.Belə bir dünyada yaşaya biləcəyini ümidini itirdiyindən  1942-ci ildə fevralın 22-də həyat yoldaşı ilə bərabər intihar edir.İntihar etməmişdən əvvəl son arzusunu da vida məktubu ilə bildirmişdi : "
"Kendi isteğimle ve bilinçli olarak hayattan ayrılmadan önce, son bir görevi yerine getirmeğe kendimi mecbur hissediyorum: bana ve çalışmalarıma, böyle iyi ve konuksever şekilde kucak açan harikulade ülke Brezilya'ya içtenlikle teşekkür etmeliyim.Her geçen gün, bu ülkeyi daha çok sevmeyi öğrendim ve benim lisanım konuşulduğu dünya, bana göre mahvolduktan ve manevi yurdum avrupa'nın kendi kendisini yoketmesinden sonra, hayatımı yeni baştan kurmayı daha fazla isteyebileceğim bir yer daha yoktu.Ama 60 yaşından sonra, yeni baştan başlamak için özel güçlere ihtiyacım vardı.Benim gücüm ise, uzun yıllar süren yurtsuz gücüm sırasında tükendi.Böylece, ruhsal çalışması, her zaman en büyük sevinci ve bireysel özgürlüğü bu dünyanın en büyük nimeti olan bu hayatı, zamanında ve dimdik sona erdirmek bana daha doğru görünüyor.Bütün dostlarımı selamlarım!Umarım, uzun gecenin ardından gelecek olan sabahın kızıllığını hala görebilirler!Ben, çok sabırsız olan ben, onların önünden gidiyorum."


     Aşağıdakı şəkil isə Svayqın Brazilyanın Petropolis şəhərində olarkən yaşadığı evdir.
File:Casa Stefan Zweig in Petropolis.jpg

      Oxuduğum novellası  ("Brief einer Unbekannten") yəni "Yad qadının məktubu" əsas qəhrəman olan məşhur yazıçı R.in naməlum bir qadından məktub alması ilə başlayır.Məktubu oxuduğu zaman bir qadının ömür boyu onu sevdiyindən xəbərdar olur.Bəlkə də kitabda təsvir olunan sevgi kimi sevgilər var.Amma nədənsə mən sevginin keçici hiss olduğuna əminəm.Ona görə yox ki,bu kitabda təsvir olunub və həyatda ola bilməz.Sadəcə insan kamilləşdikcə hər şeyin fərqinə varır.Və sevginin - daha dəqiq desəm əks cinsə qarşı olan sevginin əbədi ola bilməyəcəyini anlayır.



Kitabdan seçdiklərim : 
  
1.Dünyada insanlar arasında yalqız qalmaqdan dəhşətli heç nə yoxdur.

2.Məni nə o zamanlar,nə də sonralar tanımadın,həmişəlik sənə yad qaldım.

3.Mənim həyatda mövcud olduğumdan xəbərsizliyin ən dəhşətli hadisə idi.

4.Cismində heç bir üzvün məni tanımadığını,həyatında heç bir xatirə telinin mənim həyatımla bağlı olmadığını ifadə edən baxışınla məndə oyanmış hiss həqiqətlə etidyim ilk təmas,taleyimə saldığım ilk nəzər idi.

5.....qadınların adətidir,lap birisinin dərdindən ölsələr də,özlərini təslim etməyə hazır olduqlarını gözləyir,belə hallarda qorxu və heyrət donuna bürünürlər,bu isə yalnız təkidli xahişlər,yalanlar,andlar və yağlı vədlərlə aradan qaldırıla bilər.

6.Mən səni təqsirləndirmirəm,səni necə varsan eləcə də sevirəm - odlu-alovlu,dönük,fədakar və vəfasız kimi,belə sevirəm,yalnız belə,həmişə olduğun və dəyişmədən qaldığın kimi.

7.Lakin aydın məsələdir ki,sən heç bir zaman məni düşünməmişdin,məni unutmuşdun.

.
     2001-ci ildə bu əsərə hətta film də çəkilib : "Lettre d'une inconnue".Film haqqında bir söz deyə bilməyəcəm,çünki hələ izləməmişəm. Filmi burdan izləyə bilərsiz :)

     P.S.Bir saata bitirə biləcəyiniz,oxuduqca insanı yormayan əsərdir.Axıcı dili var.Keyifli oxumalar :)












No comments:

Post a Comment