
Erix Mariya Remarkın "Lissabon gecesi" adlanan romanı ilk dəfə olaraq 1961-ci ildə "Welt am Sonntag" ("World on Sunday") jurnalında çap olunur.Ayrıca olaraq isə 1962-ci ildə çapdan çıxır.Bu roman vaxtilə Almaniyada qəzet redaktoru işləmiş,faşistlərin hakimiyyətə gəlişindən sonra totalitar rejimin buxovlarına dözməyib almanlar tərəfindən hələ zəbt olunmamış Avropa ölkələrinə mühacirət etmiş şəxsin (İkinci Şvars) yaşadığı didərginlik həyatı barədə digər almana Lissabonda bir gecənin içində danışdıqlarından ibarətdir.
Nasistlərdən xilas olan başqa mühacir saxta amerika vizasına və iki biletə sahib ola bilmək üçün İkinci Şvarsın(əsərin sonunda belə onun əsl adı bilinmir) dediklərini dinləməlidir.
Əvvəlcə onu deyim ki,Lissabon Portuqaliyanın paytaxtı və ən böyük şəhəridir.Texo(Tejo) çayının üzərindəki bu şəhər həmçinin Atlantik okeanın sahilində yerləşir.Çayın kənarında Praça do Comércio adlanan Bazar meydanı yerləşir.1755-ci ildə zəlzələ nəticəsində yıxılan Ribeira sarayı burda olduğuna görə həmçinin Terreiro do Paço (saray meydanı) olaraq da bilinir.
Roman çox maraqlı və həyəcanlı idi.Ümumiyyətlə Remarkın bundan əvvəl oxuduğum "Zəfər tağı" adlı romanını da çox sevmişdim.Məncə o,film kimi yazır.Diqqəti cəlb edən daha bir məqam hər iki romanında müharibədən əziyyət çəkən insanların baş qəhrəman olmasıdır.Belə insanların həyatı bəzən bir xatirədən ibarət ola bilər.Sırf o xatirəni yaşamaq üçün risk almaq lazımdırsa buna dəyər.Dərk eləmək lazımdır ki,azadlıq insanın sahib olduğu ən mükəmməl duyğulardan birincisidir.Və sevgi illər keçsə belə bitməyə hətta yenidən daha da alovlana bilər.Romanı oxuduğunuz zaman nə demək istədiyimi daha yaxşı başa düşəcəksiniz.
Əlavə olaraq roman sayəsində öyrəndim ki,"Fado" portuqal xalq mahnıdır.
Bir də Mata Hari alman adlı qadın kəşfiyyatçısının olduğunu və 1917-ci ildə edam edildiyini öyrəndim.Qeyd edim ki,hətta güllələnəndə belə gözlərini bağlatdırmayıb.Cəsarətinə heyran qaldım.Daha ərtaflı məlumatı burdan oxuya bilərsiz.
Bu arada əsəri oxuduğunuz zaman qarşınıza çıxacaq olan Greta Garbo adlı aktrisa sağda gördüyünüz rəsmdəki qadındır.Xanım aktrisa 1905-ci ildə İsveçrədə doğulub.Əsərdən seçdiklərim :
Qaçqın və ümidsizlikdə,eləcə də qorxu içində yaşayanda adam möcüzələrə inanmağa başlayır.
Lissabonun bu hissəsi mənə tanış deyildi ; həmişəki kimi kilsələr və muzeylər tanış idi ; ona görə yox ki,Allah və sənət vurğunu idim,sadəcə ona görə ki,kilsə və muzeylərdə adamdan sənəd soruşmurdular.
Xoşagəlməz xatirələrin yaxşı cəhəti də vardı : adamı inandırırdı ki,bir az əvvəl xoşbəxt olmadığını fikirləşməyinə baxmayaraq,yenə də xoşbəxtsən.Xoşbəxtlik nisbi anlayışdır.Bunu dərk edən nadir hallarda tam bədbət olar.
Ağlı başında insanlar idik.Bir-birimizi ürəkdən sevirdik.(Bu cümlədə paradoks var :) )
Heç vaxt geriyə dönmək olmaz.Yoxsa para-para olarsan.
-Yeni həyata adam özü ilə heç nə götürmür?
-Əks-səda.
-Heç bir xatirə?
-Əks-sədadır götürdüyü.Daha ağrıtmayan və utandırmayan xatirə.
Duyğunun qabarmış dalğaları çəkilməkdə idi,gömülmüş köhnə xarabalıqlar birdən-birə üzə çıxmışdı və olduqlarından xeyli böyük görünürdülər.Bir-birimizə ehtiyatlı davranırdıq;hələ bir-birimizə alışmamışdıq.
Bizi öldürməyib yaşatmaq üçün yaddaşımız yanılır,saxtalığa yol verir.
Bəxt adama cəmi bircə dəfə dəli azadlığı verir;sonra xəbərdalıq edib zərbəsini endirir.
Dünyanın ən gözəl şəhəri içində xoşbəxt yaşadığın şəhərdir.
Adam kimisə sevəndə təhlükəsizlik arayır.Özü üçün yox,onun üçün.
Adam ümidlə yaşayanda asanlıqla inanır.
Yaxşı olardı ki,bəzi başlara da işıq çəkəydilər ( Bu cümləni oxuyanda çox güldüm :D )
Onu dünyalar qədər sevirdim, bununla belə, izaholunmaz bie sərinliklə ondan uzaq idim.
Səni sevirəm....Səni necə sevdiyimi heç vaxt bilməyəcəksən.
Həmişə məni indiki kimi xatırla.
Sülhə nail olmaq üçün müharibə aparırıq.
No comments:
Post a Comment