Saturday, 21 September 2013

"V Uzeyir Hajibeyli International Festival"

     Dərslər başlayandan haralarda olduğum, nələr elədiyim yəqin ki,hamıya maraqlıdır.Narahat olmayın, kitab təbii ki, oxuyuram,amma artıq dərslərlə bərabər Opera və balet teatrı,Filarmoniya,həmçinin başqa konsert zallarında da konsert proqramları ilə çıxışlar başlayıb.Əvvəlcə onu deyim ki,18-sentyabr Milli musiqi günüdür.Yəni biz musiqiçilərin günüdür.

   Hətta həmin gün münasibətiylə GOOGLE xüsusi logo - Doodle da hazırlamışdı.Bunun üçün təşəkkürlər GOOGLE :) !!!


    Paytaxtımızda da bu hadisəylə bağlı olaraq Ü.Hacıbəyliyə həsr olunmuş 5-ci beynəlxalq musiqi festivalı keçirilir.Festival zamanı keçirilmiş və keçiriləcək olan opera həmçinin  konsertlərin siyahısına burdan  baxa bilərsiz :) Bu arada festivalın bookletini də çox bəyəndim :)
     Mən dünən filarmoniyada keçirilmiş konsertdə iştirak edə bildim.Onu deyim ki,konsert proqramı maraqlı seçilmişdi,əvvəl və sondakı əsərlər o qədər maraqlı idi ki,sırf ona görə də bəlkə bütün izləyicilər konserti sona qədər dinlədilər.Çünki sonda Astor Piazollodan Libertangosu səsləndi.Onu dinləmədən konsertdən getmək dəlilik olardı :)

İlk dəfə eşitdiyim əsərlərlə yanaşı tanış əsərlər də var idi.

Çıxış edənlər:
Boqdan Varxal adına Slovakiya Dövlət kamera Orkestri
Drijor Əyyub Quliyev
Solistlər : ASHU(saksafon,ABŞ)
Saksafon ifaçısı sağ tərəfdə gördüyünüz qara oğlandı :)

Proqram:
1.İ.Zelenka "Muzika slovaka"(Bakıda ilk ifa).




Bəstəkarı və əsəri ilk dəfə idiki eşidirdim.Amma çox bəyəndim.İfaçılar da çox gözəl ifa edirdilər.Musiqidə folkoristik xüsusiyyətlər aydın şəkildə hiss olunurdu :) Love this music :)

2.Q.Qarayev "Yeddi gözəl" və "İldırımlı yollarla" baletlərindən fraqmentlər.
Bu baletlərin musiqisini tanımamaq mümkün deyil məncə amma yenə də səslənən musiqiləri paylaşım ki,dinləyib zövq alasınız. "Ayşənin rəqsi" və "İldırımlı yollarla baletindən rəqs"  :)







3.Arif Məliov : Simfoniya No 4
     Bu simfoniya 1 hissəli simfoniya idi.Həm youtube-da tapa bilmədim həm məncə müasir üslubda yazıldığına görə o qədər də tezliklə qəbul edə biləcəyiniz əsər deyil.Bu simfoniyanı əvvəl eşitməmişdim.Özüm də qulaq asarkən çətinlik çəkdim.Arif Məlikovun orda idi və yəqinki orkestri əsərinin ifasından sonra təbrik eləməsi ifanı bəyənməsinə dəlalət edirdi.


4.A.Qlazunov : Saksafon və orkestr üçün konsert.


Saksafon üçün də konsert yazıla bilərmiş :)



5.Astor  Piazzolla : "Ave Maria" 




Və dəfələrlə  qulaq asmağıma baxmayaraq canlı ifasının bir başqa zövq bağışladığı Astor Piazollanın "Libertango"su !!!!



Libertangonu ifa etdikdən sonra Saksafon ifaçısı proqramda olmayan bir əsər ifa elədi.Telefonumun çəkdiyi 8 saniyəlik videonu bütün mahnı tapa bilmə saytlarına qulaq asdırmağıma baxmayaraq tapa bilmədim.Amma sonra Ashu-nun repertuarındakı əsərlərə qulaq asdım və sonra tapdım.Bu da həmin  əsər :)  Just enjoy music 
^_^


Sonda konsertdən görüntülər :) 
"Ayşənin rəqsi"


"İldırımlı yollarla" baletindən rəqs





Bu da Astor Piazolla : "Ave Maria" və "Libertango"

 Burdan izləyə bilərsiz :)

     P.S.Bu semestr dərs cədvəlim çox ağırdı.Əgər qismət olsa və təbii ki,dərslər imkan versə bu festival çərçivəsində keçirələcək tədbirlərdən daha birində istirak etmək istərdim.Sizə də məsləhət görürəm.Musiqi ruhun qidasıdır!!! :) 










No comments:

Post a Comment