Paulo Koelyonun "Kimyagər" əsərini oxuduqdan sonra bir yazıçı kimi bəyənməmişdim.Amma deyəsən beynim onun heç də düşündüyüm kimi yazıçı olmadığını sübüt etmək üçün ikinci dəfə əsərlərindən birini oxumağa qərar verib)))))).Digərinə nəzərən bu əsərini sevdim.Ədəbi deyəri o qədər yüksək olmasa da hadisələrin necə inkişaf edəcəyini maraqla oxuyacağınız bir kitab ola bilər.Ya da içində sevgi olan bütün hekayələr maraqlı olur :))))
Paulo Koelyo əsəri 1994-cü ildə yazıb.Roman sevgi haqqındadır.İlahi eşq ilə dünyəvi eşq arasında qalan oğlan,uşaqlıq sevgisi və balaca qəsəbəsindəki monoton həyatı arasında qalan qız.Hansı eşq qalib gəlir və nələrdən imtina edilə bilinir??Gec və ya tez qorxularımıza qalib gələrək seçim etməliyik.
Kitabdan seçdiklərim :
Biz nadir hallarda möcüzənin ətrafımızda olduğunu boynumuza alırıq.
Qərarı ürək verir və yalnız onun qərarı vacib və gərəklidir.
Bütün sevgi əhvəlatları bir-birinı oxşayır.
Mütləq risk eləmək lazımdır.Həyatın möcüzəsini yalnız gözlənilməz hadisələrə hazır olduğumuz zaman tam şəkildə dərk edə bilərik.
Tanrı hər gün bizə - günəşlə birlikdə - bizi bədbəxt edən hər şeyi dəyişmək imkanı verir.
Məhəbbətdən imatina etmək olmaz,çünki o,yaşamımızın qidasıdır.
Sevgi ehtiyatlılığı sevmir.
İnsan üçün onun özü qədər dərkolunmaz heç nə yoxdur.
Gözləmək işgəncədir.Unutmaq ağırdır.Ancaq əzablardan ən dəhşətlisi hansı qərarı verəcəyini bilməməkdir.
Mən səni sevməyi öyrənirəm.
Məhəbbət sual vermir,əgər biz düşünməyə başlasaq,qorxmağa başlayacıq.
Əgər bir nəfər səni sevirsə,demək hamı sevir.Əgər təksənsə,demək daha da tənhalaşacaqsan.(Bu lap Murphy qanununa bənzədi amma məncə düzdü :) )

Və ən sevdiyim məhz bu cümlə oldu :
Əşyalarını topla.Gedirik.Arzular özbaşına həqiqətə çevrilməyəcək.
Əsas odur ki,sevgi bizim həyatımızda var və onun sayəsində biz Allaha daha da yaxınlaşa bilərik.
Yazımı bookmark yəni azərbaycan dilində əlfəcin hazırlanmasının videosu ilə bitirmək istərdim.
Buyurun izləyin.
Sağ tərəfdə gördüyünüz əlfəcini isə elə bu gün hazırlamışam.
Düzdü videoda rəngli kağızdan hazırlayır.Amma evdə əlimə ağ kağız keçdi və onunla hazırladım.Siz istəsəniz rəngli kağızla hazırlayın ;))))

No comments:
Post a Comment