Səbahəddin Əlinin 1937-ci ildə çap olunan "Kuyucaklı Yusuf" adlı əsəri Azərbaycan dilinə 1985-ci ildə tərcümə olunub.Və elə mənim oxuduğum kitab da həmin ilin avqust ayında( 02.08.1985) alınıb.Nə təsadüf ki,mənə də bu əsəri avqust ayında oxumaq qismət oldu :) Əsərdəki hadisələr 1900-cu illərdə baş verir.Kitabın elə ilk cümləsində 1903-cü il qeyd olunur.Qədriyyə - dərviş təriqəti haqda da qeydə rast gələ bilərsiz.Bu təriqət 12-ci əsrin əvvəllərində kökü Əli İbn Əbu Talib tərəfindən qoyulan,sünni məzhəbini mənimsəmiş olan bir təriqətdir.
Aşağıdakı odlu silah Şakirin Əlini öldürdüyü zaman istifadə etdiyi "Smit-Vesson" silahıdır.
İkinci hissədə rast gələcəyiniz - " Azadlıq elan olunandan sonra" ifadəsilə başlanan cümlədə yazıçının 1908-ci ildə baş verən Gənc türkləri inqilabını nəzərdə tutduğu qeyd olunur.Burdan ətraflı məlumat ala bilərsiz.
Səlahəddin bəyin oxuduğu "Sərvəti-fünun" jurnalı 19-cu əsrin sonu 20-ci əsrin əvvələrində o dövrün görkəmli yazıçılarının əməkdaşlıq etdiyi iri ədəbi-bədii jurnal idi.Bu jurnal eyni adlı ədəbi cərəyanın orqanı idi.Burdan ətraflı oxuya bilərsiz.
Kitabdan seçdiklərim :
Ümumiyyətlə öz dərdinə səssiz-səmirsiz dözən adamı nəzərdən keçirmək,ağlayan,sızıldayan adama baxmaqdan daha ağırdır.Çünki göz yaşları ilə örtülməyən donuq gözlərdə necə bir atəşin yandığından xəbər tutmursan və bu halda nə etməyin lazım olduğunu bilməyibözünü itirirsən.
....bəzən hislərimiz iradə və ağıldan üstün olur,xəyallarımız bizi tovlayıb aldadır... Dünyada hər şeyin çarəsi tapılır. ...həyatdan çox şey gözləmə!Əgər həyata,müitə uyğunlaşsan,dünyada hər cür bədbəxtlikdən az zərərlə yaxanı qurtararsan.
Əslinə baxsan bizim bu dünya haqqında heç düşünməyə dəyməz.
Nifrət etdiyi və özündən zəif saydığı adamların qarşısında təslim olmaq nə qədər də alçaldıcı idi.
Kitabın Türkiyədə çap olunan arxa üz qabığındakı yazı :
Nazim Himət bu kitabı çox bəyəndiyini hər zaman qeyd etmişdir.Hətta oxuduğum kitabın əvvəlindəki bu yazı da bunu təsdiqləyir : "Nazim Hikmətin dediyi kimi "Quyucaqlı Yusuf" türk ədəbiyyatının epik janr tarixində yeni mərhələ açmış psixoloji romandır."
No comments:
Post a Comment