Tuesday, 23 July 2013

Səbahəddin Əli - İçimizdəki şeytan (Sabahattin Ali - İçimizdeki Şeytan)

      Bu yazımın əvvəlində sizləri məşhur türk yazıçısı Səbahəddin Əli ilə tanış etmişdim.Onun  daha iki  romanı var. Romanlarının (sayca 3 romanı var) yazılma tarixi baxımından  birincisi - Kuyucaklı Yusuf (1937) və ikincisi -  İçimizdeki şeytan  ( 1940)  -dır.Bir neçə gün bundan əvvəl "İçimizdəki şeytan"ı  bitirdim.
          Bir şeyi etiraf edim ki,Kürk Mantolu Maddonnanı oxuduqdan sonra bu yazıçını o qədər bəyənmişdim ki,düşünürdüm bütün əsərləri məni heyrətə salacaq.Təbii ki,bu əsərdə də oxucuda təsir izi buraxmaq qabliyyəti güclüdür.Amma Kürk Mantolu Madonna qədər deyil.
     Əsərin baş qəhrəmanları Məcidə və Ömərdir.Amma mənim ən çox diqqətimi çəkən Hüsaməddin əfəndi idi.Çünki məhz bu obraz Səbahəddin Əlinin üslubunca yaradılmışdı.O,qeyri-adi,sirlərlə dolu birisi idi.
     Ümumilikdə əsər insanın daxili hesablaşmaları baxımından çox maraqlıdır.Romandan başa düşdüyüm bu oldu ki,insan özünün ən böyük düşmənidir.

     Türkiyədə Yapı Kredi Yayınlarının nəşri ilə çıxan kitabın arxa üzündə yazılan bu sözlər diqqətimi çəkti : Bu romanında, toplumsal gündemin kişilikler üzerindeki baskısını ve güçsüz insanın "kapana kısılmışlığını" gösteriyor Sabahattin Ali.
Aydın geçinenlerin karanlığına, "insanın içindeki şeytan"a keskin bir bakış.

      Deyilənlərə görə Səbahəddin Əli bu romanında Peyami Safa və Hüseyin Nihal Adsıza (hər ikisi dövrün türk yazıçılarıdır) bəzi atmacalar atmışdı.Hətta romanında Nihad adlı obrazın Nihal Adsıza bənzədilməsi kimi fikirlər də səslənmişdi.Romandan sonra 1940-cı ildə Hüseyin Nihal "İçimizdeki seytanlar" adlı yazı çap etdirərək bu romanı çox sərt bir şəkildə tənqid edir.Yazını burdan oxuya bilərsiz.

      Qısaca kitabın əvvəlində rəyçi Aqşin Babayevin dediyi kimi "İçimizdəki şeytan" romanı nakam məhəbbət macərasını xatırladır.Əslində isə,əsər Türkiyədəki ziyalıların bütöv bir nəslinin həyat faciəsidir.Qəhrəmanların xarakter və psixologiyası ikinci dünya müharibəsi ərəfəsində Türkiyədə gedən ictimai-siyasi mübarizə işığında açılır.



     Kitabdan seçdiklərim :
Həyatda uğrunda qurban gediləsi heç nə yoxdur.

Həyatın dəyişmələr silsiləsi və hər dəyişmənin bir təkamül olduğunu başa düşməyənlər cahil adamlardır.

Ən zəif cəhətimiz daxili yox,zahiridir...

Zahirimiz bir cür,daxilimiz isə başqa cür ola bilməz.Bunlar eyni bir fikrin iki şəklidir.

Hətta istəməsək belə hərəkət etməliyik...dostlarımız,bizə başçılıq edənlər var,işlərimiz,dərslərimiz va...Allahın altında puç bir həyatımız var...

Şübhəsiz mənəvi həyatımızda heç də xəbərimiz olmadan bir sıra hadisələr baş verir...Bu da doğrudur ki,adamların ürəkləri arasında şüurun heç də müdaxilə etmədiyi bəzi əlaqələr var...

Əslində bizi bu şəhərə bağlayan buraya öyrəşib alışdıqlarımızdır.

Həyat,hər halda,fırıldaqlardan ibarət deyil.Bəs nədir?Axı,bu həyatın bir mənası olmalıdır,ya yox? ....O daha böyük və bəşəri məqsəd üçün dünyaya gəlir.
     

Mən də səni sevirdim.Həm də necə sevirdim...

Səni nə üçün sevdiyimi heç cür başa düşmürdüm.

İnsan nə qədər  müxtəlif cəhətlərə malik olsa da onun bütün keyfiyyətləri müəyyən bir nöqtədə birləşir və bir ahəng yaradır.

...dünyada ən qorxulu şey ümidsizlikdir.

Yaxşılıq başqalarına pislik etməmək demək deyil.Yaxşılıq ürəyində pisliyin cövhərinin olmaması deməkdir.

Şeytan bizim qürurumuzun,kütlüyümüzün uydurmasıdır.....İçimizdə heç bir şeytan yoxdur.İçimizdə acizlik və iradəsizlik var...İradəsizlik,cahillik və bunların hamısından da qorxulu bir şey - həqiqətin üzünə dik baxmaq qorxusu var.





     Əsərin elə ilk səhifəsində Galata körpüsünün adı qarşıma çıxdı.Burdan Galata körpüsü və Galata kulesinin rəsmini görə bilərsiniz.6-cı yüzillikdə birincisi inşa edilən bu körpünün dəfələrlə yeniləri inşa edilib.Ən sonuncusu isə 1994-cü ildə istifadəyə verilib.Mənə bu ad körpüdən çox qalanı xatırladır.Galata kulesi ilə Kız kulesinin eşqini bəlkə bilməyənləriniz var.Bu hekayəni burdan oxuya bilərsiz.




Kitabda diqqətimi çəkən şair Mehmet Akif in panislamist adlandırılması idi.Pan-İslaminizm 19-cu əsrin ikinci yarısında İslam dünyasını qarşılaşdığı təhlükələrdən qorumaq məqsədilə müsəlmanların xəlifənin ətrafında toplaşaraq yaratdığı birlikdir.


           P.S.Roman haqqında araşdırma edərkən Səbahəddin Əliylə bağlı maraqlı fakta rast gəldim.Düzdü o,1935-i ildə Aliyə xanımla evlənməsinə baxmarayaraq əsl sevgisinin məhz Aliyə yox Ayşe Sıtkı İlhan adlı bir qadın olduğunu aşkara çıxardım.1936-cı ilə qədər məktublaşaraq bir-birilə əlaqə saxlayan bu iki insan Ayşe Sıtkı İlhanın 1937-ci ildə hüquqşünasla evlənməsindən sonra bitir.Məktubların hamısı Ayşe xanımın yaxın rəfiqəsi Taila xanımın atası Rauf Yekta bəyin Beylerbeyindəki malikanəsindədir.Məktublar "İki gözüm Ayşe" adlı  kitabda toplanıb.Bu kitabı oxumağı çox istərdim.Bir gün bəlkə qismət olar oxuyaram :)

No comments:

Post a Comment