Bel-Ami, yəni "Əziz dost" 1850-ci ildə dünyaya göz açan fransız yazıçısı Gi de Mopassanın şedevri hesab olunur.Bu roman 1885-ci ildə çap olunub.Parlaq karyeraya sahib olmağa çalışan avatürist Jorj Düruadan bəhs olunur.Qısa ömür yaşayan yazıçı ömür boyu subay qalmasına baxmayaraq bu qısa ömrünə xeyli eşq macərası sığdıra bilib.Bəlkə də bu əsərdəki insan hislərini ona görə bu qədər mükəmməl izah edə bilib.Əsəri oxuduğunuz zaman nə demək istədiyimi anlayacaqsız ;)
Sağda gördüyünüz bu şəkil Bel-Aminin birinci nəşrinə olan illüstrasiyadır.Şəkil məncə əsəri gözəl ifadə edir.
Bu əsərdə heç özümün də tanımadığım bir fransız musiqiçini kəşf ettim.Bu Musard Phillipe(1793-1859)-dir.19-cu əsrin 30-40-cı illərində Parisdə kütləvi bal və maskaradların təşkilatçısı olan Müzar haqqında geniş məlumat sahibi olmaq istərdim amma təssüflər olsun ki,onun haqqında wikipedia -da ancaq fransız dilində məlumat var idi. :( Təcili fransız dilini öyrənməliyəm :(
Yuxarıda izlədiyiniz video isə bu musiqiçinin youtube-da tapdığım əsəridir.Just enjoy music :)))))
Əsərdə tez-tez bilboke(bilboquet) adlı oyuna adına rast gələcəksiz.Bu oyunun nə olduğunu mənim kimi ilk oxuyanda bilmədinizsə bu hissəni diqqətlə oxuyun. Bu oyunda bir-birinə uzun bir iplə bağlanan iki əşyadan istifadə olunur.Əşyalardan dairəvi formada olanının digər çubuq formasında olan əşyanın üzərinə yerləşməsi lazımdır.Olsa da oynasaq dediyinizi duymuş kimiyəm. :P Mənim özümə də maraqlıdı :) Hədiyyə edən birisi olsaydı oynayardım :P
P.S.Aşağıdakı şəkillər bu oyunda istifadə olunan əşyaya misallardır.
Mixail Munkaşinin "İsa Pilatın hüzurunda"tablosu - Karl Markoviçin İsa Peyğəmbərin suyun üstündə yeridiyini təsvir edən rəsm əsərinə prototip seçilib : Tablo aşağıdakıdır :
Əsərdən seçdiklərim :
...qarşılıqlı güvənə əsaslanan sevgi zamanla möhkəm dostluğa keçə bilər.Fikri təmaslar ürəklər arasındakı bağları ancaq möhkəmlədir.
..sevgi həyatdakı yeganə sevinc olsa da,çox vaxt biz bitməz-tükənməz tələblərimizlə onun zayını çıxarırıq.
...yaşamağın özü də ölümə yolculuq imiş!
Həyat dedikləri bir dağdır.Yoxuşda ikən həmişə yuxarı baxan insan bəxtiyarlıq duyur.Elə ki o,zirvəyə qalxır,onun üçün eniş mərhələsi başlanır,dağın ətəyində isə onu ölüm gözləyir.Yoxuş çətin,ağır,eniş isə sürətli olur.
Həyatda yeganə təsəlli qaynağı-eşqdir!
Hər kəs öz başına çarə qılır.Zəfər isə cəsurlarındır....sərvəti və şöhrəti hədəf seçən eqoizm qadın sevgisindən və nəvazişindən güc alan eqoizmdən daha üstün sayılır.
Bu əsərə o qədər film çəkilib ki,özüm də təccübləndim.Bunlardan bəziləri aşağıdakılardır :
1939-cu ildə baş rolda Villi Forstun iştirakı ilə :
1947-ci ildə "Личные дела милого друга" :
Və biri də mənim də bu yaxınlarda baxmağı planlaşdırdığım baş rollarını Robert Pattinson,Uma Thurmanin yer aldığı Bel Ami (rejissorlar : Declan Donnellan, Nick Ormerod ) filmidir.
No comments:
Post a Comment