Tuesday, 25 June 2013

Erich Maria Remarque : "Arc de Triomphe"



  Erix Mariya Remark 22 iyun 1898-ci ildə Almaniyada doğulub.Özü şəxsən 1-ci dünya müharibəsində iştirak etmişdi.1931-ci ildə İsveçrəyə gedir.1938-ci ildən alman vətəndaşlığından çıxarılır.Əsl soyadı Kramerdir,o bu adı Remark olaraq tərsinə çevirib və bu imza ilə tanınıb.


Mən onun "Zəfər tağı" əsərini oxudum.Əvvəlcə onu deyim ki,Zəfər tağı Parisdə yerləşən tarixi abidədir.

Bu abidənin inşasına Napalyonun istəyilə başlanılmışdır.1806-cı ildə inşasına başlanmasına baxmayaraq arada müəyyən fasilələrlə 1836-cı ildə abidənin inşası bitir.Parisin 6 əsas yol xətlərini kəsişdiyi məkanda tikilib.Deyilənə görə altında məchul fransız bir əsgərin məzarı var.285 ədəd pilləkəni çıxdıqdan sonra möhtəşəm Paris mənzərəsi ilə qarşılaşmaq mümkündür.Üzərindəki işləmələrdən biri də 1799-cu ildə Osmanlı ilə Napalyon arasında baş verən Abukir döyüşündən olan bir təsvirdir.Mamerı Jean Chalgrindir.Burda heç vaxt sönməyən bir atəş yanır ki,bu da 2-ci dünya müharibəsində ölən fransızları anmaq üçün nəzərdə tutulub.







Əsərdən seçdiklərim :                                          
                                  
1.Dözüm heç vaxt olmur.Təkcə hər şeyə öyrəşmək mümkündür.


2.Həyat təkcə sentimental müqayisələrdən ibarət deyil.


3. ...və insan öləndə bircə anlğa da olsa əzəmətli görünür.


4.Unutmaq!Sözə bax!Onda dəhşətlər var,təsəlli də vahimə də!Kim unutmasa yaşaya bilər?Elə adam tapılarmı,istədiklərinin hamısını unuda bilsin?Onda xatirələrin qəlpələri ürəkləri parça-parça eləməzmi?Adam o vaxt azad olur ki,uğrunda yaşadığı şeylərin hamısını itirir...


5.Onsuz da adam gah həmişə tənha olur gah da heç vaxt.


6.Yerin nəhayətsiz bir boşluqda səssiz-səmirsiz uçduğunu duydum.


7.Dünyada peşmançılıqdan mənasız şey yoxdur.Onsuzda heç nəyi geri qaytarmaq olmaz.Yoxsa hamımız müqəddəs olardıq.Həyat bizə kamillik bəxş eləməyib.Kamillərin yeri muzeydir.


8.Qəribədir,ölümün pənçəsindən xilas olanlar ən xoşbəxt adamlardır.Ancaq demək olar ki,heç biri özünü belə hesab etmir.



9.Heç nə təkrar olunmur.Biz özümüz özümüzü təkrar edirik,vəssalam.


10.Xəyallar bizə ona görə lazımdır ki,onlarsız həyata dözə bilmərik.


11.Bu dünya gözlənilməz macəralarla doludur.


12.Vaxt gözləmir.Çox şeyə dözmək lazımdır.


13. Məhəbbət...həm möcüzədir,həm də taleyin ən acı kinayəsi.


14.Dünya böyük bir həvəslə özünü məhv etməyə hazırlaşır,ancaq boynuna almaq da istəmir.


15.Məhəbbət dünyada olan şeylərin ən möcüzəlisi,həm də ən sadəsidir.


16.Həyatın çox yaxşı qanunu var.Heç nə gözləmirsənsə,məyus olmayacaqsan.Sonrakılar o qədər də təsirli olmur.


17.Məhəbbət qadını ağıllandırır,kişini isə dayazlaşdırır.


18....zaman keçmişə çevriləndə öz mənasını itirir.Adama həm təsəlli verir,həm diksindirir,həm də biganələşdirir.


19.Həyat indi qanad taxıb uçur,heç nəyə öyrəşmək lazım deyil.


20.Sən elə bir üfüqsən ki,mənim bütün fikir və duyğularım orda birləşir!


21.Sən həmişə öz aləminlə məşğul olmusan,və orda elə şeylər tapmısan ki,mən çox vaxt sənin hıyatından uzaqlarda qalmışamş...


22.Kimsə səni təhqir eləyəndə, cavabını verirsən, mərhəmət göstərəndə isə qalırsan belə…



23.– Xəyallar bizə ona görə lazımdır ki, onlarsız həyata dözə bilmərik.

– Ancaq siz heç xəyalların aldatdığı adama oxşamırsınız, Ravik.
– Adam özünü həqiqətlə də aldada bilər. Bu lap təhlükəli xəyaldır.



24.Bəzən uşaq kimi hərəkət etmiriksə, demək, qocalmışıq.


25.Deyirsən, dost olaq? Sel aparmış gül bağçasının yerində balaca bir bostan əkək? Yox, bacarmarıq… Bizə heç olmaz! Məhəbbəti dostluq ilə ləkələmək olmaz! Ayrılıq ayrılıqdır!




Əsərdə qarşıma çıxan bir sıra detallar diqqətimi çəkdi.

Tez-tez müxtəlif içki adları çəkilir amma ən çox da kalvadosun adı çəkilir.Bu içki Normandiyanın Kalvados bağlarından əldə edilən almalarla hazırlanır.

Marta adlı bir obraz Bottiçellinin məlakələrinə bənzədilir.Sandro Botticelli 15-16-cı əsr intibah dövrünün italyan rəssamıdır.Sağ tərəfdə gördüyünüz əsər onun tablolarından biridir.


Puşkinin "Я вас любил" şeirinə səslənən mahnı : 




Я вас любил: любовь ещё, быть может,
В душе моей угасла не совсем;
Но пусть она вас больше не тревожит;
Я не хочу печалить вас ничем.
Я вас любил безмолвно, безнадежно,
То робостью, то ревностью томим;
Я вас любил так искренно, так нежно,
Как дай вам Бог любимой быть другим.


"Şəhrizad"da səslənən mahnılardan daha biri : 


Səkidə dayanan bir kişinin skripkada səsləndirdiyi mahnılarsa  da bunlardır : 

"Aupres de ma blonde" : 






"Parlez-Moi D'Amour" : 



Tibb bacısının qramafonda qulaq asdığı mahnı : fransız dilindən tərcümədə "Sonuncu vals" deməkdir.Çox sevidyim Mireille Mathieu-nun ifasında məncə daha da gözəl səslənir.



Schumanın violençel üçün konserti : 




Adı çəkilən mahnılardan biri daha : 


 La Chapelle au clair de Lune - In the Chapel In the Moonlight : 




Əsərdə Kraliça Kristiana (Queen Christina) adlı filmin adı çəkilir.Baş rolda isveç əsilli Greta Garbo adlı xanımın rol aldığı bu film 1933-cu ildə çəkilib.

Və bir də Van Goghun Arle mənzərələrinin adına rast gəlmək mümkündür.Onun bir sıra Arle mənzələri var.Bunlar aşağıdakılardır : 

Dosya:Vincent Van Gogh 0018.jpg  Dosya:VanGogh-View of Arles with Irises.jpg  Dosya:Vincent Van Gogh 0019.jpg




P.S.Ravikin sonunun necə olduğu haqqındakı düşüncələr çox etimal uzun müddət ağlımdan çıxa bilməyəcək.


No comments:

Post a Comment