Tuesday, 28 April 2015

Qəndil xalanın hekayəti

Aprelin 23-də bacım bizdə olanda özünə dair ədəbiyyat kitablarını axtarırdı. Təsadüfən əlinə "Qəndil xalanın hekayəti" adlı kitab keçdi. Mənə gətirib : "Maraqlı hekayədi, yayda mütləq oxuyarsan. Müəllif Şəhla müəllimənin atasıdı"- dedi. O, kitab əslində mənim də əlimə dəfələrlə keçmişdi. Amma müəllifin Şəhla müəllimənin atası olduğunu bilmirdim. Yazı sotulumun üzərinə qoydum ki, mütləq gözümün qarşısında olsun,yayda rayona gedəndə özümlə aparmaq yadımdan çıxmasın. 

Monday, 13 April 2015

"Muğam aləmi" - IV Beynəlxalq Muğam Festivalı ( 12.03.2015 - Rast - Flamenko )

Bu il 4-cüsü baş tutan Beynəxalq Muğam Feestivalı mart ayının 11-dən 18-nə kimi olan tarixlərdə keçirilirdi. Bu festivalda Azərbaycan muğamı ilə yanaşı müxtəlif xalqların Şifahi ənənəli professional musiqisi olan muğamları və ya özlərinə xas bu növ janrlı kompozisiyaları təqdim olundu. Martın 22-də Beynəlxalq Muğam Mərkəzində bizim Rast və Ərəb-İspan musiqi mədəniyyətinin sintezindən yaranmış Flamenkonu izlədim. 

Schubert, Mahler, Brahms (20.02.2015)

Bəli. Mən yenə  yığılıb qalan blog yazılarımı bir az zaman varkən daha doğrusu dərs oxumağa həvəsim olmadığından yazıb bitirmək istəyirəm. 
Təxminən  2 ay bundan əvvəl yəni fevralın 20-də Bakıda, filarmoniyanın səhnəsində Mahler səhnədə səsləndi.

"Əsli və Kərəm" operası



XXəsrin əvvəllərində Azərbaycanda dahi Üzeyir Hacıbəyli tərəfindən meydana gəlmiş orijinal opera janrı muğam operasıdır. "Leyli və Məcnun" bu janrın ilk nümunəsidir. Ü.Hacıbəylinin 5 muğam operasından 4-cüsü də  "Əsli və Kərəm" operasıdır. 



Mart ayının 17-də yəni Novruzun sonuncu çəənbəsində mən bu operanı izlədim. Həmin günü səhər saat 10-dan Axundov kitabxanasında dərs oxudum və onsuz daha gec idi deyə operaya getdim. Yaxşı ki, də getdim. Heyif ki, həmin opera universitet proqramlarında yoxdu və keçirilmir. Əsası "Əsli və Kərəm" dastanına dayaqlanan operada  Üzeyir Hacıbəyli yenə də təbii ki, muğamlardan eyni zamanda xalq mahnı və rəqslərindən istifadə etmişdir