Mart ayının 17-də
yəni Novruzun sonuncu çərşənbəsində
mən bu operanı izlədim. Həmin
günü səhər
saat 10-dan Axundov kitabxanasında dərs
oxudum və onsuz daha gec idi deyə operaya getdim. Yaxşı ki, də getdim. Heyif ki, həmin opera universitet proqramlarında
yoxdu və keçirilmir. Əsası "Əsli və
Kərəm"
dastanına dayaqlanan operada Üzeyir Hacıbəyli yenə də
təbii ki, muğamlardan eyni zamanda xalq
mahnı və rəqslərindən
istifadə etmişdir.
«ƏSLİ və KƏRƏM» operasının qısa məzmunu
BİRİNCİ
PƏRDƏ
BİRİNCİ
ŞƏKİL
Şahzadənin
ardınca gələn qoca keşiş işi duyur və Şahzadəni yola salandan sonra qızının Kərəmin
ardınca həsrətlə oxuduğunu eşidincə, ona acıqlanır.
İKİNCİ
ŞƏKİL
İsfahan padşahı oğlu Kərəmdən nə səbəbə ahu-zar
etdiyini xəbər alır.
Kərəm yuxuda gördüyü və aşiq olduğu qızın, xəzinədar
keşişin qızı olduğunu atasına bildirir.
Keşiş bu izdivaca razı deyil, ona görə də qocalığını bəhanə edərək vəzifəsindən istefa verir. Şah bu şərtlə istefanı qəbul edir ki, keşiş qızını Şahzadəyə versin. Keşiş qəti etiraz edir və bu izdivacın mümkün olmayacağını bildirir.
ÜÇÜNCÜ ŞƏKİL
Beş ay möhlət vaxtı keçmişdir. Şah, oğlu Korəm və əyanlar
keşişin evinə gəlirlər. Lakin keşiş onlan qarşılamır, hamı təəccüblənir. Məlum
olur ki, Keşiş qızı Əsli iiə çoxdan
köçüb getmişdir. Kərəm yarını axtarmaq
üçün Şahdan icazə istəyir. Əyanların təkidilə Şah razı olur.
Kərəm atası ilə vidalaşdıqdan sonra, dostu Sofı ilə birlikdə yarını axtarmaq üçün uzaq səfərə hazırlaşır.
İKİNCİ
PƏRDƏ
DÖRDÜNCÜ ŞƏKİL
DÖRDÜNCÜ ŞƏKİL
Uzun müddət şəhərləri, kəndləri gəzib dolaşan Kərəm
yollardan, dağlardan, qayalardan, gül və ağaclardan yarırını soraqlayır.
Yoldan ötənlər keşişin Hələb şəhərinə getdiyini
ona xəbər verirter.
Oç yol ayrıcında qalan Kərəm , hansı yoldan getməli olduğunu bilmir. Qoca Şeyx Hələbin
yolunu Kərəmə Sofıyə göstərir.
BEŞİNCİ ŞƏKİL
Hələb
şəhərinin meydançalarının
birində axşamçağı suya gələn qızlar çeşmə baştnda oturub oxuyurlar.
Kərəm Sofi ilə buraya gəlir. O qızlardan Əslini xəbər alır. Qızıardan biri
keşişin yaşadığı evi onlara göstərir. Kərəm sevgilisini səsləyir.
Kərəmin səsini eşidən Əsli eyvanda görünür. Bu zaman evə qayıdan
keşiş Kərəmi tanıyır. Yalandan haray salıb köməyə çağırır: "Ay-haray,
evimə oğru girib". Kərəmi
ve Sofıni həbs edib aparırlar.
ALTINCI ŞƏKİL
Hələbb paşasınm sarayında
işrət zamanı, bir dəstə adam buraya gəlib, Kərəmin zindandan azad olunmasını
xahiş edirlər.
Paşanın əmrilə Kərəmi ve
Sofini buraya gətirirlər. Kərəmin İsfahan padşahının oğlu olduğunu bilen və onun
Əsliyə olan sevgisindən xəberdar olan Paşa əmr edir ki, keşişi qızı ilə saraya
getirsiniər. Paşa çox tekid edir, lakin keşiş bu izdivaca qəti razılıq vermir, ölümlə hədələnən keşiş nehayət məcburi razı olur:
"Razıyam hərgah onlar
haqq aşiqləridirlərsə, bu dünyada kam almasınlar". - deyərək sarayı tərk
edir.
Kərəm ve Əsli eşq alovu içərisində yanırlar.
No comments:
Post a Comment