Saturday, 28 February 2015

Pietro Mascagni: "Cavalleria rusticana"

Libretto : 
"KƏND NAMUSU"

Zaman: 1880-ci ilin bazar günü səhəri

Kəndlilər kənd meydanından keçərək kilsəyə gedirlər. Santutsa da onların içərisindədir. O nişanlısının anası qoca Lüçiyanın yanına tələsir. Santutsa ümidsizlik içərisindədir, çünki Turidduda yenidən o hərbi xidmətdə ikən dövlətli Alfio ilə evlənən vvəlki sevgilisi işvəkar Lolaya qarşı məhəbbət oyanmışdır. Lüçiyanın Santutsanı sakitləşdirmək üçün göstərdiyi bütün cəhdlər əbəsdir - Santutsanı qısqanclıq əzabları üzür.









Turiddu meydanda görünür. Santutsa Turidduya yalvararaq onu tərk etməməsıni xahış edir. Lakin Santutsanın sözləri Turidduya təsir etmir. O qızı kobud şəkildə itələyərək kilsəyə yollanan Lolanın ardınca gedir.

Heç nədən şübhələnməyən Alfio uzaq səfərdən kəndə qayıdır. Qəm-qüssədən başını itirmiş Santutsa arvadının ona xəyanət etdiyini Alfioya bildirir. Tezlikdə söylədiklərindən peşman olur, lakin artıq gecdir. Təhqir olunmuş Alfıo ailəsinin şərəfinə ləkə vuran Turiddudan amansız qisas almaq qərarına gəlir. Kilsədə ibadət başa çatandan sonra kənd sakinləri meyxanaya toplaşııiar.

Şən bayram Alfıonun gəlişi ilə pozulur. Alfio Turiddunun ona uzatdığı şərab qədəhini geri itələyir. Turiddu Alfionun onun Lola ilə olan gizli əlaqəsindən xəbərdar olduğunu başa düşür. Rəqiblə münaqişə labüddur.

Turiddu keçmiş qaydalara uyğun olaraq Alfionu qucaqlayır və sağ qulağını dişləməklə onu
döyüşə çağırır. Qərar qəbul edilmişdir, rəqiblər kəndin kənarında görüşəcəklər. Turiddu anası ilə vidalaşır. Gec də olsa Santutsanın sədaqətinə qarşı vicdan əzabı ona rahatlıq vermir. O anasından Santutsanın qayğısını çəkməyi xahiş edir. Qəlbində kədərli hisslər oyanan Turiddu gedir. Lüçiya ilə Santutsa qorxudan bir-birinə sıxılırlar. Kəndli qadınlar Turiddunun ölüm xəbərini gətirirlər. Lüçiya və Santutsa huşsuz vəziyyətdə qadınların qolları arasına düşürlər.


No comments:

Post a Comment