Thursday, 5 February 2015

Fərəc Qarayevin 70 illik yubileyi (19.12.2014)

 
 Bəstəkar Fərəc Qarayevin 70 illik yubileyi  məhz elə onun ad günündə yəni 19 dekabr tarixində Filarmoniyanın səhnəsində qeyd edildi. İlk ifa olunan əsər Atrhut Lourie-nin Fərəc Qarayev tərəfindən kamera orkestri üçün redaksiya olunmuş "Syntheses" əsəri idi. Əsər Arthur Lourie tərəfindən 1914-cü ildə qələmə alınıb. Fərəc Qarayev isə bu əsəri 2010-cu ildə redaskiya edib.
Athur Lourie (1892-1906) Rus-Amerika bəstəkarı, nəzəriyyəçisi, tənqidçisi, musiqidə futurizmin və 20-ci əsr musiqi avanqardının görkəmli nümayəndələrindən biri olmuşdur.




İkinci  Arnold Schönbergin "İntizar"ının Fərəc Qarayev tərəfindən kamera orkestri üçün redaksiyası səsləndi.
Bu əsər 1909-cu ildə yazılıb, Fərəc Qarayev isə bu əsəri 2004-cü ildə redaksiya edib.
Şönberg (1874-1951) Avstriya bəstəkarı, musiqişünas, pedaqoq, dirijor, ekspressionizmin görkəmli nümayəndəsi, Yeni Vyana Məktəbinin banisi olmuşdur. Dodekafoniyanın ixtirası ona məxsusdur. 


 Sonuncu əsər isə Fərəc Qarayevin özünün "Vingt ans apres - nostalgie" adlanan əsəri idi.  Əsərin ideyası 1988-ci ildə yaranmış və ilkin olaraq 5 alət üçün Kamera Konserti kimi reallaşmışdı. Sonradan ,1989-cu ildə opus ... alla "Nostalgia" - Andrey Tarkovskinin xatirəsinə Kamera konserti kimi yeni həyat əldə etmiş olur.  Müəllifin sözlərinə görə, "Vingt ans apres - nostalgie"... adında ilk  növbədə 1989-2009-cu illər ötən 20 illik zamanın nostalgiyası var və yenə də müəllif qeyd edir ki,  " məni Alfred Schnittke  nəzəri, Edison Denisov  praktiki olaraq bu və ya başqa mənada daha geniş dairəyə çıxartdılar" .  Məhz buna görədir ki, əsərdə Alfred Schnittke ad-soyadının ilk hərflərini təşkil edən A(e)S üçton və Edison Denisovun ad-soyadının hərflərini əks etdirən A.(e)SCH və E.DE(e) klasterinə vacib yer verilib. 



No comments:

Post a Comment