İmtahanlar ərəfəsində qardaşımla getdiyim və stress atmağma səbəb olan konset Miri Yusifin konserti idi. Əslində bu qardaşımın mənə ad günü hədiyyələrindən biridi. Sadəcə ikimizin də sevəcəyi bir konsert olmalı idi. Seçimi qardaşım etdi :)
Açılışı çox qəşəng idi. Konsert "De niyə?" mahnısıyla başladı və Miri Yusif 3 saat aramsız olaraq oxudu.
Ümumilikdə konserti çox bəyəndim.
Hər nə qədər onun oxuduğu mahnılarla tanış olmasam da məhz o konsertdə ilk dəfə dinlədiyim və sevdiyim mahnılar oldu. Onlardan biri də "Dön geriyə" mahnısı idi.
Konsertdən daha bir mahnı :
No comments:
Post a Comment