Dekabrın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkar Sevda İbrahimovanın anadan olmasının 75 illik yubileyinə həsr olunmuş konsert gecəsi keçirildi. Konsertin əvvəlində musiqişünas Zemfira xanım Qafarova Sevda İbrahimovanın Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq nümayəndələrindən biri olmasını qeyd edərək həmçinin ziyalı bir xanım olmasını da xüsusilə vurğuladı.
Aşıq Valehin nəslindən olan Sevda İbrahimova məşhur tarzən Qurban Pirimovun nəvəsi eyni zamanda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Mirzə İbrahimovun qızıdır. O, Konservatoriyanı həm pianoçu və həm də bəstəkar sinifi üzrə oxuyub. Bəstəkarın yaradıcılığı janr baxımından kifayət qədər rəngarəngdir. Burada irihəcmli janr olan operaya da , kiçik həcmli romanslara da rast gəlmək mümkündür. Proqramda bəstəkarın yaradıcılığından müəyyən əsərlər səsləndi.
1. "Etiraf" - violonçel, fortepiano və orkestr üçün musiqi
2."Sənin üçün darıxıram, Şuşam" - tar və orkestr üçün musiqi
3. "Tez gəl" və "Lay lay" romansları
4."Dünya bir pəncərədir" -skipka , simli orkestr və fortepinao üçün poema
5."İthaf" - fortepinao və orkestr üçün musiqi
6.Fortepiano və orkestr üçün 5 saylı konsert
No comments:
Post a Comment