Əsl adı Agatha Mary Clarissa, Lady Mallowan olan lakin 1-ci həyat yoldaşının familyası ilə daha çox məşhurlaşan Aqata Kristi dünyada İncil və Şekspirdən sonra əsərləri ən çox nəşr olunan ingilis yazıçısıdır. O, 60 dedektiv , həmçinin bəzi mənbələrə görə 6 bəzilərinə görəysə 10 psixoloji romanın da müəllifidir. Psixoloji janrda yazdığı romanlarını isə Meri Uestmakkot (Mary Westmacott) təxəllüsü ilə nəşr etdirmişir. Əsərləri 100-dən çox dilə tərcümə olunan Aqatanın kitabları 4 milyarddan çox tirajla çap olunub. Onun The Mousetrap adlı teatr səhnəsi üçün yazmış olduğu əsəri ən uzun müddətli və fasiləsiz səhnələşdirilən bir əsər olaraq da dünya tarixinin rekordları sırasındadır. Baxmayaraq ki, Aqata Kristi özü demişdi ki, bu əsər London səhnəsi üçün yaxşı əsərlərdən deyil amma bu əsər cəmiyyət tərəfindən bəyənilirdi.
Aqata Kristi 1890-ci il sentyabrın 15-də evin ən balaca uşağı olaraq dünyaya gəlmişdir. Balaca Aqata gözəl ailə tərbiyəsi və musiqi təhsili ( piano və mandolin alətində ifanı öyrənmişdir) görmüşdür. Birinci dünya müharibəsi illərində hərbi hospitalda tibb bacısı işləmiş və sonralar əsərlərində tez-tez rast gəlinəcək zəhərlər haqqında məlumatları da məhz həmin dövrdə toplamışdır.
Aqata 1914-cü ildə mayor Arçibald Kristi ilə ailə qurmuşdu. 1926-cı il dekabr ayının 3-də yoldaşı Arçibaldın evi tərk etdiyi günün axşamı Aqata öz katibinə yazdığı məktubda Yorkşir istiqamətidə yola çıxdığını bildirərək evdən gedir. Onun həmin gündən sonrakı həyatının 11 gününün harda və necə keçirdiyi məlum deyil, amma sonradan onun Swan Hydropathic Hotel indiki Old Swan Hotel - də yoldaşının sevgilisi Tereza Nilin adı ilə qaldığını müəyyənləşdiriblər.

Yazıçı ikinci dəfə Maks Mellouenlə ailə qurur.
"Şərq Ekspressi" ndə qətl əsəri 1934-cü ildə İstanbulun Pera Palace otelində qaldığı zaman yazılıb. Hətta həmin otelin məhz Aqatanın qaldığı 411-ci nömrəli otağı xatirə muzeyə çevirilib.

"Şərq Ekspressi"ndə qətl əsərinin baş qəhrəmanı Belçikalı dedektiv Erkül Puaro Aqata Krsitinin 1920-ci ildə qələmə aldığı "Staylzda sirli cinayət" adlı əsərindən sonra həyata vəsiqə qazanmışdır. Hansı ki, bu obraz sonralar Aqatanın daha 25 romanının da qəhrəmanına çevrilir.
Etiraf edim ki, oxuduğum romanının mənə görə heç bir bədii əhəmiyyəti yox idi.
Əsərdə qatarda baş verən qətlin həmin hadisədən bir neçə il əvvəl Amerikada bir qızın qaçırılması və öldürülməsi ilə bağlı olduğunu aşkara çıxaran Erkül Puaro həmçinin qatarda səyahət edən 12 sərnişinin təsadüfən həmin qatara minmədiyini də müəyyənləşdirir. Təbii ki, əsərin sonunda hər şey aydınlaşır amma polisə hadisənin tamam fərqli tərzdə deyilməyi qərara alınır. Çünki ən ədalətlisi onların gəldikləri qərar idi.
Əsər iki dəfə ekranlaşdırılıb. Mən hələ ki, 1974-cü ildə çəkilən filmə baxmışam. Baxdığım filmdə demək olar əsərin bütün personajları xəyalımda canlandırdığım kimi idi. Bircə Puarodan başqa. Niyə bilmirəm amma balacaboy olmasına baxmayaraq mən həmin personajı çox daha təmkinli və daha yaraşıqlı təsəvvür etmişdim. Hər halda filmi izləyərkən kifayət qədər zövq aldım. Maraqlısı odur ki, əsərin yazıldığı dövrdəki İstanbulu heç də yaxşı təsvir etməyiblər. Belə ki, İstanbuldan yola çıxmağa hazırlaşan qatara tələsən sərnişinlərə nəsə satmağa çalışan türkləri niyə ərəb ya da daha doğrusu zəncilər kimi göstərmişdilər onu başa düşmədim. Bir də filmdə qatarın hara getdiyini elan edən dillərdən biri kimi Azərbaycan dilini eşitmək də xoş idi.
Filmdə Erkül Puaronun türk yeməklərini həmçinin türk qəhvəsini bəyənmədiyini çox təhqiramiz şəkildə göstərilir. Halbuki əsərdə belə bir səhnə yox idi. Cinayəti araşdırarkən filmdən fərqli olaraq əsərdə Erkül qatarla səyahət edən hər bir sərnişinin öz adını əli ilə yazmsını xahiş edir. Filmdə sadəcə Qrafinya Ardeni öz adını vərəqə yazır.
Filmdə Erkül Puaronun türk yeməklərini həmçinin türk qəhvəsini bəyənmədiyini çox təhqiramiz şəkildə göstərilir. Halbuki əsərdə belə bir səhnə yox idi. Cinayəti araşdırarkən filmdən fərqli olaraq əsərdə Erkül qatarla səyahət edən hər bir sərnişinin öz adını əli ilə yazmsını xahiş edir. Filmdə sadəcə Qrafinya Ardeni öz adını vərəqə yazır.
P.S. Arzularımdan biri Avropanın ölkələrindən birindən digərinə qatarla getmək, yəni ilin məhz qış mövsümündə qatarda 36 ya da heç olmasa 24 saat səyahət etməkdir. Düzü bu əsərdəki kimi qar yığını ilə bağlı qatarın dayanmasını istəmərəm.
Sizin belə bir arzunuz varmı deyə bilmərəm amma məhz bu roman və filmlə ilin qış zamanı qiyabi olaraq qatarda səyahət etmiş olacaqsınız.
Sizin belə bir arzunuz varmı deyə bilmərəm amma məhz bu roman və filmlə ilin qış zamanı qiyabi olaraq qatarda səyahət etmiş olacaqsınız.

No comments:
Post a Comment