İmtahanlar başlamamışdan bir gün əvvəl yəni yanvarın 5-də Xəyaləylə Bakıda 22 dekabrda Qala gecəsi keçirilən "Hadi İnşallah" filminə getdik. Film "Küçük aptalın Büyük dünyası" adlı kitab əsasında çəkilib. Bu kitab bir qızın sevgililəri ilə yaşadıqlarını öz bloguna yazdıqdan sonra onu bir kitab şəklində çap etdirməsi ilə yaranmışdı. Qızın əsl adı təbii ki, Pucca deyil.
Selen İşıkdır. Blogunda yazdığı yazıları Merlin Manronun şəkilləri ilə paylaşır. Düzü blogunda yazdıqlarını oxumamışam. Əgər siz oxumaq istəsəniz bu - onun blogunun linkidir linkidir.
Puccanı canlandıran aktrisa Büşra Pekin-dir. Çoxunuz onu "Çok güzel haraketlər bunlar" adlı bir qrup gənc aktyor və aktrisaların teatr səhnəsində komik səhnəcikləri canlandırdıqları proqramdan tanıyırsız.
Filmdə təhsilini başa vurduqdan sonra evlərinə qayıdan Puccanın yaşadığı macəraları görəcəksiniz. Puccanın sevgilisi ya da daha doğrusu sevgilisi olmasını istədiyi Pekmezi isə Murat Boz canlandırır. Bu filmin fragmanıdır.
Filmin musiqisi Nil Karaibrahimgilə məxsusdur :
Təbii ki, dərin fəlsəfi-psixoloji bir film deyil, amma müəyyən məqamlarda özünüzü tapacağınız və doyunca güləcəyiniz filmdir. Hətta bu yazını yazanda belə üstündən 12 gün keçməsinə baxmayaraq mənim üzümdə təbəssüm yarada biləcək qədər gülməlidir.
P.S. Qızlar bu filmə sevgilinizlə yox mütləq rəfiqələrinizlə gedin. Oğlanlar bizim haqqımızda çox şeyi bilməsələr də olar :)

No comments:
Post a Comment