Nəhayət həmin günün axşamı.
Burdan resume edərək 23 apreldən əvvəlki günün axşamına qayıtmaq istəyirəm. Hövsələniz çatıb sona kimi oxusanız hər şey aydın olacaq.

Yaşadığım ən maraqlı xatirələrdən biri də bu festival çərçivəsində baş verənlər idi. Çox gərgin dərs rejimimiz olmasına baxmayaraq çatdırıb necə festivala getdik hələ də xatırlayanda gülümsəyirəm. Festivalın açılışı Filarmoniyada baş tutdu. Aprelin 20-də, həftənin birinci günüdə. Bizim yenə təhlil üçün kitabxanaya gedib dərs oxuduğumiz günlərdən biri idi.