Saturday, 9 May 2015

Orqan musiqisi konserti (14.03.2015)

IV Beynəlxalq muğam festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında orqan musiqisi konserti olub.


Konsert Rasimə Babayevanın ifasında (orqan) Nazim Əliverdibəyovun “Bayatı Şiraz”ı ilə başlanıb.



Beynəlxalq müsabiqə laureatları Səbinə Bədəlbəyova (orqan) və Murad Kərimli (skripka) Asəf Zeynallının “Muğamsayağı” əsərini ifa ediblər.
Konsertin proqramında Azərbaycan klassiklərinin digər əsərləri də səsləndirilib.
Əslində həmin günü konsertdə getmək fikrim heç yox idi. Nəzərə alsaq ki, 6-cı gün idi və mən həmin günü dərsdə idim. Evə gedib sadəcə yatmağı planlaşdırmağıma baxmayaraq Ayselin zəng edib müəyyən səbəblərdən məni konsertə çağırmasıyla getməli oldum. Evə gəlib 1 saatın içində konsertə hazırlaşmağım və üstəlik qardaşımın mənim arxamca gec gələ bildiyi üçün həmin günü bizim daha bir konsertə ( bundan sonrakı yazıdakı Jazz mərkəzindəki konsert) getməyimizlə nəticələndi. Hər halda konsertdən əlavə unuda bilməyəcəyim gün oldu. 


No comments:

Post a Comment