Friday, 22 May 2015

Au revoir Bakou!!!

Gücləndirilmiş iş rejimində dərs oxuduğum gün, həftə, ay olmuşdu. Amma semestr heç vaxt olmamışdı. Təhsil aldığım illər ərzində həyatımın ən dəhşətli tədris semestrini yaşadım. 


3-cü kursun çətinliyi azmış kimi Avropa Oyunlarına görə tələbənin normadan artıq dərs oxumaqla bərabər həyatdan tədric olunmasına vadar edən dəhşətli semestri bitirdiyimə görə xoşbəxtliyimin sərhədləri dünyanın orbitini çoxdan keçib :)))) 







Təssüf etdiyim  getdiyimin konsertlərin yazılarını bloguma  sonradan yazmalı olduğumdu.  Çünki təbiətə nə qədər qarşı gələrək bütün dərsləri vaxtında çatdırsam da blog yazılarımı zamanında yazıb çatdırmağa daha gücüm və vaxtım qalmırdı. 


 P.S. Musiqişünas konsertə getməlidi (!), bir mənalı və mübahisəsiz mövzudu ,amma bu tədris ilində heç vaxt getmədiyim qədər çox konsertə necə getdim onu heç bilmirəm ^_^  

Hər halda nədə olmasa artıq yaydır  və ən əsası bu gün təxminən saat 14:00-dan  tətildəyəm.  :)))


Görüşənədək. Sağlıqla qalın. 

No comments:

Post a Comment