Thursday, 23 March 2017

"Hər yerdə gözəllik"




Gözəlliyi hər kəs görə bilmir, mən onu görməyi anadan öyrənmişəm, Zövqlərimiz ümumən fərqlidi amma onun gözəl bildiklərini bilməyim  mənim öz gözəlliklərimi tapmağıma səbəb olub. 
Bir də hər kəs  gördüyü , ya da görmək istədiyi gözəllikləri rəsmdə canlandıra bilmir. Bunu baxacaranlar xüsusi insanlardı. Heyif ki, mənim elə bir qabliyyətim yoxdu. Emalatxanaya sahib olmaq istərdim, özümün, gözlə görünən, toxuna bildiyim rəng dünyamın olmasını da. Rəssam emalatxanalarının səliqəsizliyində bizim bilmədiyimiz, görmədiyimiz nizam müləq ki, var. Elə o rənglərin ahəngində də. 

Thursday, 9 March 2017

Gabriel García Márquez - El coronel no tiene quien le escriba (1957)

Heç şübhəsiz Markes  günümüzün ədəbiyyatında ən çox bəyənilən və sevilən yazıçılarından biridir. Mahir Qarayevin qələmi ilə desək, "Daimiməchul Sabahın adından hökm vermək səlahiyyətini daimicavabdeh Zamanın öz ixtiyarına buraxıb Bu günün bəlli bir faktını xatırladası olsaq, etiraf etməliyik ki, əsərləri XX əsrin ikinci yarısından etibarən pərvəriş tapmış sənətkarlar içərisində  Latın Amerikasının Qabriel Qarsia Markes səviyyəsində hərtərəfli maraq doğuran ikinci bir yazıçısı yoxdur.". 
Birinci dünya müharibəsi artıq 9 il bitəndən sonra Markes dünyaya gəlmişdi. 1927-ci ildə 6 mart tarixində, bizdən xeyli uzaqda, okeanın o tayında, başqa materikdə - Cənubi Amerikada, Kolumbiya adlanan ölkədə. Yaşadığı ölkədə adının daha qısa və şirinləşdirilmiş versiyaları olan  Gabo və ya Gabito adı ilə tanınırdı. Amma mən şəkillərdə gördüyüm o cüssəli adamın Gabo çağılmasının tərəfdarı olmazdım. 

Tuesday, 7 March 2017

Hacı Xanməmmədovun Yubileyi (21.02.2017)

Uzun müddət idi ki, anayla heç bir konsertə getməmişdim. Həm də tarın səsini çoxdandı eşitmirdim. 
Fevralın 21-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Xalq Artisti Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş tədbir keçirildi.