Thursday, 23 March 2017

"Hər yerdə gözəllik"




Gözəlliyi hər kəs görə bilmir, mən onu görməyi anadan öyrənmişəm, Zövqlərimiz ümumən fərqlidi amma onun gözəl bildiklərini bilməyim  mənim öz gözəlliklərimi tapmağıma səbəb olub. 
Bir də hər kəs  gördüyü , ya da görmək istədiyi gözəllikləri rəsmdə canlandıra bilmir. Bunu baxacaranlar xüsusi insanlardı. Heyif ki, mənim elə bir qabliyyətim yoxdu. Emalatxanaya sahib olmaq istərdim, özümün, gözlə görünən, toxuna bildiyim rəng dünyamın olmasını da. Rəssam emalatxanalarının səliqəsizliyində bizim bilmədiyimiz, görmədiyimiz nizam müləq ki, var. Elə o rənglərin ahəngində də. 

Martın 13-də, bitməsinə bir gün qalmış Suğra Bağırzadənin Rəssamlar İttifaqının V.Səmədova adına Sərgi salonunda "Hər yerdə gözəllik" adlı sərgisinə getdik. Rəfiqəmlə, milyon  planlar qurduğum, Məkkəylə. 
Sərgidəki hər rəsmin adı da çox gözəl idi 
Bir rəsmin adı "Bitməmiş simfoniya" idi. Əlbəttə ki, o rəsmə baxanda qulağımda Şubertin "Natamam simfoniya"sı səsləmirdi. 

Duyğular fəvvarəsi


Səmalara


Last year's flowers


Bətnində həyat


Mənim tənha nar ağacım


Zəriflik çələngi








Abşeron bağları




Yapon motivləri




Kənd lövhəsi


Məhəbbət kuzəsi


Bitməmiş simfoniya








Sinqapur təravəti







No comments:

Post a Comment