Roman çoximkanlı bir ailənin 30 yaşındakı oğlu
Kamal ilə onların uzaq və kasib qohumları olan Kəskin ailəsinin 18 yaşındakı
qızları Füsun arasında keçən eşq hekayəsindən bəhs edir. Yəqinki əksəriyyətiniz
bu əsər haqqında az-çox məlumatlıdır. Ümumən maraqlı əsərdir. Amma mənə görə bəzi
hissələri lazımsız formada uzadılmışdı. Xüsusilə də Kamalın yaşadığı kədər
bütün incə detallarıyla, hətta məncə bir az da şişirdilmiş formada təqdim
olunmamalı idi. Çünki romanı oxuyan oxucu Füsunun duyğularından demək olar ki,
bixəbər olur. Həddən artıq məşhurlaşmış möhtəşəm bir eşq hekayəsi statusuna deyə
bilmərəm layiq idi.
Saturday, 17 November 2018
Kazuo Ishiguro - "Never Let Me Go"

Oxuduğum ən qeyri-adi romanlardan biri idi.
Romanda 3 əsas obraz var : Keti, Rut və Tomi. Hadisələr
elə bu əsas obrazlardan biri olan Ketinin adından danışılır. Bu uşaqların bir
ailəsi yoxdur və əslində onlar cəmiyyətdəki bəzi insanların (Klonlaşdırma üçün
seçilmiş insanlar da küçələrdəki evsiz-eşiksiz insanlardır) klonlarıdır.
Friday, 19 October 2018
Catherine Bybee - Wife by Wednesday
Əvvəllər kifayət qədər imkanlı ailənin qızı olan amerikalı Samanta və britaniyalı hersoq Bleykin sövdələşmə əsasında reallaşan, lakin daha sonra real sevgiyə çevrilən münasibətləri haqqındadır. Samantanın atası öz səhvləri ucbatından iflasa uğrayır, bu hadisələrdən sonra Samanta ailənin yükünü daşımağa çalışır və iflic olmuş bacısına ən yaxşı şəraitdə baxılmasını təmin etmək üçün əlindən gələni edir. Lakin bu ondan kifayət qədər vəsait tələb edir. Sunday, 7 October 2018
Fərəh Pəhləvi (Yıxılan rejimin və bitməyən eşqin hekayəsi)
"Xatirə Ədəbiyyatı"ndan oxuduğum növbəti kitab İran şahı Məhəmməd Rza Pəhləvinin üçüncü həyat yoldaşı Fərəh Diba, yəni Şahbanu Fərəh Pəhləvinin "Xatirələr" kitabı oldu. Hər nə qədər xatirələrində bunu çox zaman yox, demək olar ümumiyyətlə qeyd etməsə də Diba ailəsinin kökləri Azərbaycanda, Xəzər dənizi sahillərində yaşayan Qütbi xanədanına gedib çıxır. Tehranda dünyaya göz açan Fərəh Parisdə memarlıq təhsili almağa başlayır, lakin ailə qurduğu üçün təhsilini yarımçıq qoyur. 1967-ci ildə Kraliça (Şahbanu) titulunu qəbul edir və İran tarixi ərzində tac qoyan ilk qadın kimi tanınır.
Sunday, 30 September 2018
Menekşe kokulu hikayeler
İçərisində 69 hekayə olan bu kitabda hər hekayənin bir adı var idi və hər hekayənin əvvəlində də onun mahiyyətinə uyğun məşhurlardan cümlə yazılmışdı.
Kitabdakı bəzi hekayələr artıq tanış idi, nə zamansa internetdən qarşıma çıxanda oxumuşdum. Amma hər bir hekayəni bəyəndiyimi də deyə bilmərəm, hətta bəzilərini mənalandıra bilmədim.
Amma aralarında dəyərliləri də az deyildi. 📜Ümumən kitabdakı hekayələrin aşılamağa çalışdığı nəcib fikir bu idi :
Sevginin, doğruluğun, yaxşılığın gücünə inanın və ilk əvvəl özünüzə sevgi ilə yanaşın, sonra ətrafınıza, onun bapbalaca, bir damcı işartısı belə dünyanı(mızı) sağaltmağa kifayət edir.
Sunday, 23 September 2018
Marc Levy : "All Those Things We Never Said"
Bu əsəri oxumamışdan əvvəl hər kəsə hansısa klassik ədəbiyyat oxumadığınızı, əsərdə bu günün insanlarının təsvir olunduğunu nəzərə alaraq oxumağınızı tövsiyyə edərdim.
Çünki bir az romantik, bəlkə bəzi məqamlarda dramatik reallıqlar bu günün insanının həyatındakılardır və əsərin əsas qəhrəmanları olan Culiya və atası Entoni də sizə çox tanış gələcək. Hər kəs əsərdə bir az özünü tapacaq.
Monday, 3 September 2018
Miranda Dickinson : Take A Look At Me Now
Orjinal adıyla "Take a look at me now", bizim dilimizdə isə "Sirrini mənə aç" adlanan roman Miranda Dikinsonun 2013-cü ildə nəşr olunan kitabıdır.
Kitab praqmatik olan Nell Sullivanın birdən birə heç bir plan qurmadan özünün həyatın axarına buraxmasıyla başlayır. Çox axıcı, hansısa bir filmə baxırmış kimi hiss etdiyim, çox da zövq alaraq oxuduğum bir kitab oldu.
Monday, 6 August 2018
Dünyanın musiqi rəngləri (16.04.2018)
Mərakeş krallığının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyində "Dünyanın musiqi rəngləri" layihəsi çərçivəsində iştirak etmişdi. Mərakeş musiqisi haqqında heç bir anlayışım və təsəvvürüm yox idi, buna görə də afişanı görəndə mütləq getmək qərarına gəldim. Mənimlə gəldiyi üçün rəfiqəmə burdan təşəkkürlər. Əsasını əslində ərəb musiqi mədəniyyəti təşkil edir, lakin ərazi baxımından bu bir az dəyişə də bilir.
Monday, 23 July 2018
Parinoush Saniee - "The Book of Fate"
İran yazıçısı Pərnuş Səniinin ilk kitabı "Mənim payım" adlanır. 26 dilə tərcümə olunan bu kitab 2013-cü ildə "tərcümə olunmuş ən yaxşı 75 kitab"dan da biri olub. Üstəlik qadağan olunmuş kitablardan da biri olub.
Hər insan həyatı yaşadığı təcrübələr əsasında öyrənir. Dərslər çıxararaq. Mənə görə birinin tövsiyyəsinə qulaq asmaqdansa kitabdan özüm üçün hansısa tövsiyyə götürmək və ya da dərs çıxarmaq daha məntiqli gəlir. Çünki orda nəticəsinin nə olduğunu bilirsən amma tövsiyyə edən insanlar ya vəziyyətin tamlıqla necə olduğunu bilmirlər, ya da tamlıqla məni tanımırlar.
Sunday, 15 July 2018
Tristessa - müasir musiqi gecəsi (14.04.2018)
Saturday, 13 January 2018
"Ötən əsrin sehri" (12.01.2018)
Yazımın başlığının çox nostalji səsləndiyinin fərqindəyəm, məqsədim sizə nostalgiya yaşatmaq deyil. Ola bilsin "ötən əsr" ifadəsini işlətdikdə çox uzaq keçmiş kimi bir təəssürat yaranmasının səbəbi texnikanın kosmik sürətlə inkişaf etməsidir. Sizə bu yazımda əslində heç üzərindən bir əsr belə keçməyən lakin həmçinin konsert reperturalında çox nadirən, bəlkə də heç rast gəlmədiyimiz əsərlərimizdən yazacam.
Subscribe to:
Posts (Atom)




