Orjinal adıyla "Take a look at me now", bizim dilimizdə isə "Sirrini mənə aç" adlanan roman Miranda Dikinsonun 2013-cü ildə nəşr olunan kitabıdır.
Kitab praqmatik olan Nell Sullivanın birdən birə heç bir plan qurmadan özünün həyatın axarına buraxmasıyla başlayır. Çox axıcı, hansısa bir filmə baxırmış kimi hiss etdiyim, çox da zövq alaraq oxuduğum bir kitab oldu.
Kitab həyatı çox da planlaşdırmadan, amma onun bizə gətirdiklərini də düzgün dəyərləndirərək yaşamaq lazım olduğunu deməyə çalışır. Çünki heç kim nəinki sabahın heç bu günümüzün bizim istədiyimiz kimi olacağının təminatını vermir. Amma bu bizim özümüz üçün istədiyimizin heç də həmişə ən yaxşısı olduğunu düşünməməli olduğumuzu da göstərir. Yəni həyat əslində çox vaxt bizə bizim xəyalımızdakından da çox gözəl sürprizlər hazırlaya bilir. Bunun üçünsə həyatın bizə gətirdiklərini düzgün dəyərləndirməyi bacarmalıyıq.
Nell, həyatının 550 səhifəlik hissəsinin təcrübələrini bölüşərək mənə qatdıqların üçün təşəkkürlər. Bir də sayəndə əslində heç vaxt marağında olmasam da dünyanın o biri tərəfinə getmək arzusunu ürəyimdə yaratdın. Kim bilir bəlkə bir gün instagramdan kitabdakı Qolden Qeyt körpüsünün şəklini çəkib paylaşaram.
Və hər nə qədər şablon olsa da insan həyata bir dəfə gəlir. Çalışın həyatın sizə gətirdiklərini düzgün dəyərləndirin və just enjoy your life :)!
No comments:
Post a Comment