Mirzə Cəlil Azərbaycan Cumhuriyyəti qurulandan 49 il əvvəl dünyaya gəlmişdi. Yəni 1869-cu ilin fevralın 22-də.
"Molla Nəsrəddin" ədəbi məktəbinin banisidir. "Çay dəstgahı", "Danabaş kəndinin əhvalatları"...
İstənilən əsərinin adı çəkiləndə tərəddüdsüz xatırlanan yazıçımız, dünənimizin, kədərli olsa da bu günümüzün, hətta bəlkə də gəcələyimizin reallıqlarını göstərən şəxsiyyətdir.
İstənilən əsərinin adı çəkiləndə tərəddüdsüz xatırlanan yazıçımız, dünənimizin, kədərli olsa da bu günümüzün, hətta bəlkə də gəcələyimizin reallıqlarını göstərən şəxsiyyətdir.
Mayın 27-də onun "Ölülər" əsəri yenidən Azərbaycan Akademik Milli Dram teatrında səhnələşdirildi. Tamaşa "Ölülər" əsərinin Hüseynqulu Sarabskinin 1916-cı ildə ilk səhnə quruluşunun ( Müslüm Maqomayevin "Şah İsmayıl" operası da məhz bu ildə yazılıb) 100, Tofiq Kazımovun (Azərbaycanın görkəmli teatr rejissoru, aktyoru və pedaqoqu. Azərbaycanın xalq artisti. Azərbaycan Milli Dram Teatrının baş rejissoru ) 1966-cı il səhnə quruluşunun 50, Xalq artisti Nurəddin Mehdixanlının 60 illiyinə həsr olunmuşdu.
Əsərin bütün personajları əslində çox maraqlı obrazlardı. Heç şübhəsiz Kefli İsgəndər də.
Bildiyim qədərilə səhnəmizin ilk Kefli İsgəndərindən biri də Rza Təhmasib olub.
Tofiq Kazımovun "Ölülər"dəki gənc İsgəndəri 28 yaşlı Həsən Turabov idi. Bu dəfə isə Kefli İsgəndər obrazına Anar Heybətov həyat vermişdi. Nurəddin Mehdixanlı isə Şeyx Nəsrullah rolunda idi.
Vasif Adıgözəlovun bu əsər əsasında qələmə aldığı eyniadlı operası da var. Hələ izləmək qismət olmayıb.
"Şeyx Nəsrullahın ölüləri diriltməsi yalansa da "ölülər"in ölü fikirləri diriltməsinə şübhə ola bilməz". Sultan Məcid Qənizadə
""Ölülər" son komediyalarımız içində parlaq bir mövqe tutur. "Ölülər"də sənətkaranə bir dirilik, mahiranə bir incəlik var. "Ölülər" mühərrirində bəzən Qoqol ruhu yaşar". Hüseyn Cavid
""Ölülər" "Molla Nəsrəddin" kimi baltanı dibindən vuran pyesdir". Üzeyir Hacıbəyli
Tamaşa həqiqətən çox gözəl keçdi. Həmin günki yorğunluğumun ən gözəl hədiyyəsi idi. Həm də bir daha düşündürdü.
Əməyi keçən hər kəsə təşəkkürlər.
Vikipediyada Həmidə xanım Cavanşirin ( Mirzə Cəlilin həyat yoldaşı) "Mənim xatirələrim"adlı kitabdandan belə qeydləri var :
- Həmidə Məmmədquluzadə (Cavanşir) yazır ki, Mirzə Cəlilin dediyinə görə, şeyxin ölüləri diriltməsi əhvalatı əsla uydurma deyil. Bir vaxtlar İrəvan quberniyasında belə bir hadisə baş vermişdi. Pyesin bütün tipləri Naxçıvan camaatından götürülmüşdür.
- Həmidə Məmmədquluzadə (Cavanşir) yazır ki, atası "rus Əhməd" kimi çağrılan Əhməd bəy Cavanşirin bir dostu Ağcabədinin Hüsülü kəndindən olan İsgəndər Hacı Həsən oğlu yerli ruhaniləri vecinə almadan öz üzümündən şampanabənzər şərab çəkirmiş və buna görə də ona "kefli İsgəndər" deyirlərmiş. Ancaq kefli İsgəndərin prototipi kimi bir sıra adamların, məsələn, hüquqşünas Paşa bəy Hacı Ələkbər bəy oğlu Sultanovun (1868/1869 - 1942) da adı çəkilir.
P.S. Diqqət edin, vətəni və mənsub olduğunuz milləti sevin. Xaricdə Vətənin əleyhinə danışıb qayıdanda Vətəni çapıb-talayanlardan olmayın. Onda bəlkə də sizin də öz sahənizin Mirzə Cəlili ola bilmək şansınız olar. Əlavə olaraq teatrlara gedin.

No comments:
Post a Comment