Sabahın xeyir dünya. Sabahınız xeyir uzun müddət məni bloqumda görməyənlər. Sabahınız xeyir yazılarım üçün darıxanlar. Təvazökarlıqdan uzaq oldu bilirəm :)))
Və salam , təsadüfən sırf film haqqında oxumaq üçün bloquma gələnlər.
Çox ehtimal ki, bu filmdən həyati nəticələr çıxarmaq üçün gedilmədiyini bilirsiz. Qeyri-adi mövzusu yoxdu. Hətta mövzusu bir az da türklərin "Yeşilçam" filmlərinə bənzəyirdi.
Bakıda Nizami Kino Mərkəzində Qala gecəsi keçirilmişdi. Baş rolların ifaçıları hamısı da gəlmişdi. Amma belə filmlərin Qala gecəsinin keçirilməsinin heç bir mənası yoxdu. Buna nəinki getməyə heç ümumiyyətlə belə filmlərə bu qədər diqqətin ayrılması da mənasızdı.
P.S. Məni tanıyanlara isə sözüm. Magistr imtahanını nə siz soruşun, nə mən deyim. Çətin idi . Mən asan olacağını gözləmirdim, bu dərəcədə çətin də olmasa yaxşı olardı. Hər nə qədər qəbul eləmək istəməsəm də imtahan artıq bitib və mənim əlimdən gələn heç nə yoxdur. Bircə evdən yığışdırmalı olduğum məntiq, informatika və rus dili testləri var. Və həyata qaldığım yerdən davam etməliyəm.
Men emineki, menib Anneciyim zehmeti heder getmeyecek!!!
ReplyDeleteThanx Daddy :) :* And I hope so, too. :))
ReplyDelete