"Əbədi Ezamiyyət" adlı sənədli film ilk dəfə bu ilin yanvar ayının 22-də Nizami Kino Mərkəzində təqdim olunmuşdu. Çoxsaylı tamaşaçıların istəyilə bu gün də yenidən Nizami Kino Mərkəzində bir daha film nümayiş olundu.
Azərbaycan Cümhuriyyətini Paris Sülh konfransında təmsil edən nümayəndə heyətinin tərkibinə ölkənin tanınmış ictimai - siyasi xadimləri və görkəmli ziyalılar daxil idilər. Onlar Azərbaycanın müstəqilliyi ideyasına qəlbən bağlı olduqlarını, milli istiqlal uğrunda əzmlə mübarizə apardıqlarını fəaliyyət və bioqrafiyaları ilə dönə-dönə sübut etmişdilər.
Nümayəndə heyətinin tərkibinə Əlimərdan bəy Topçubaşov, Məhəmməd Həsən Hacınski, Əkbərağa Şeyxülislamov, Əhməd bəy Ağaoğlu, nümayəndə heyətinin məsləhətçiləri Ceyhun bəy Hacıbəyli , Məhəmməd Məhərrəmov, Miryaqub Mirmehdiyev, Abbas bəy Atamalıbəyov , nümayəndə heyətinin texniki tərkibinə - Əli bəy Hüseynzadə (1864-1940), Viktor Marçevski, katiblər - Səfvət Məlikov və Ələkbərbəy Topçubaşov, tərcüməçilər - A.Qafarov (fransız dili), Q.Qafarova (ingilis dili), H.Məmmədov (fransız və türk dilləri) daxil idilər.
Filmdə istifadə olunan şeirlər :
Bir dövlət quralım ki, sülhün doğma ocağı!”
“İsiqlal uğrunda bir qanlı kəfən,
Geymişəm, ölsəm də yaşasın vətən!”
"İmzasını qoymuş miləl övraqi-həyatə.
Yox millətimin xətti bu imzalar içində... (
"Zalımın zülmü nə qədər olsa da mən tab edərəm,
Etməsin zənni ki, bir zərrə yolumdan çəkiləm."
Vətəni sevmək çox fərqli duyğudu. Onların sevgisi də ali sevgi idi. Vətəni sevin və unutmayın bu vətən başqasının deyil, bizimdir.
Filmdə istifadə olunan Şopenin b-moll naktürnü :

No comments:
Post a Comment