Sentybarın 5-də R.Mustafayev adına Azərbaycan Milli İncəsənət muzeyində "Yerusəlimdən sevgi ilə" adlı klassik musiqi konserti keçirildi. Adından da məlum olduğu kimi konsertdə İsraildən olan ifaçılar iştirak edirdi. Beləki ki, konsertdə - Mehriban Hajiyeva - Soprano ( İsrael), Yedidia Schwarz - Violin (Isreal) , Ilakha Sadikhzadeh - Piano ( Azerbaijan) - iştirak edirdi.
Proqram qısa əsərlərdən ibarət idi :
Ş. Quno - "Romeo və Cülyyeta" operasından Cülyettanın valsı
V,A,Motsart - " İl re Pastore" operasından Amintanın ariyası
N. Rimski-Korsakov - "Пленившись розой, соловей. " romansı
Q,Qarayev - F-no üçün iki prelüd
L,V,Bethoven -Violin və fortepiano üçün sonata No 5 Op. 24 - 1 hissə
F.Kreysler - İki qədim Vyana rəqsi : "Liebeslied", "Liebesfreud"
R. Raxmaninov - " Не пой, красавица, при мне" romansı
L.Delib - "İspan bolerosu"
C. Puççini - "Bohema" operasından Müzettanın ariyası
Mark Lavry - "Sevgi mahnısı"
Niyazi - "Arzu romansı"
Uzun müddət idi ki, anamla konsertə getməmişdim Həmin gün başqa yerə də getməli olduğumuzdan daha qısa konsert olması planımıza bu konserti əlavə etməyimizdə səbəb oldu. .Canlı musiqi eşitmək hər zaman daha xoş təsir bağışlayır, nəinki youtube-dan hansısa əsərə açıb qulaq asmaq. Hal-hazırda bütün musiqiçilər böyük səbirsizliklə 18 sentyabrda başlayacaq Üzeyir Hacıbəyli adına festivalı gözləyir. Elə mən də.
No comments:
Post a Comment