Friday, 26 August 2016

Stefan Zweig : "Schachnovelle"

İkinci dünya müharibəsinin dünyada və insanlarda yaratdığı ağrıya dözə bilməyib dünyadan öz istəyilə getməyi qərara alan və bunu öyrənəndə təəssüf hissi keçirdiyim yazıçının son əsəri "Şahmat" novellasıdır. İnsanları öz əsərlərindən məhrum qoymağa haqqı yox idi deyə düşündüyümdən idi təəssüflənməyim. Amma əsərlərini oxuduqca dünyada olan zülmləri olduğu kimi təsvir etməyindən başa düşdüyüm qədərilə yaşamağın mümkünlüyündə zərrə ümid görsəydi yəqinki heç vaxt bu addımı atmazdı. 


"Şahmat" novellasıyla  yazıçı sanki içindəki müharibəni təsvir edir. Əsəri oxuyanda bir tərəfdən bitməsini istəməyəcəksiz, bir tərəfdən sonu sizə həddindən artıq maraqlı gələcək. 


Kitabdan seçdiklərim : 

  • Ancaq şahmata oyun deyəndə məgər insan özünü təhqiramiz  məhdudluğa borclumu bilməlidir? O özü də bir elm, bir incəsənət deyilmi, Məhəmməd peyğəmbərin ruhu Göylə Yer arasında süzdüyü kimi , o da həmin kateqoriyalar arasında süzmürmü, bütün qoşa ziddiyyətlərin birdəfəlik əlaqəsi deyilmi, həm ulu, həm də əbədiyaşar, quruluşca sadə, təxəyyülcə təsirli, geometrik donuq məkanda məhdud, kombinasiyalarında isə hüdudsuz, həmişə inkişafda amma yenə də tərtəmiz, insanı heç yana çıxara bilməyən bir riyaziyyat, əsərsiz bir incəsənət, varlıqsız bir arxitektura, bununla belə öz varlığında, öz yaşamında bütün kitablardan, bütün əsərlərdən dözümlü, bütün xalqlara, bütün zamanlara aid olan bir oyun, sıxıntı öldürmək, zehni itiləmək, qəlbi riqqətə gətirmək üçün hansı tanrının onu yer üzünə göndərdiyindən heç kimin xəbəri olmayan əvəzsiz bir oyun deyilmi? 
  • Qaralarla ağlar bir şəxsin simasında birləşəndə isə mənasız bir vəziyyət yaranır, eyni beyin eyni şeyi eyni vaxtda həm bilməmək məcburiyyətində qalır, ağlar kimi qarşıdaş mövqeyində çıxış edəndə  bir dəqiqə öncə qara tərəfdaşın nə istədiyini, hansı niyyəti güddüyünü  adicə bir əmrlə unutmalı olur. Bu cür ikili düşünmə, əslində şüurun tamam haçalanmasına, mexaniki cihazlarda olduğu kimi beyin fəaliyyətinin istənilən anda yanıb-sönməsinə gətirib çıxarır : şahmatda özü-özünə qarşı oynamaq, əslində öz kölgəsi üstündən hoppanmaq kimi paradoksdur. 
  • Şahmat da sevgi kimidir, gərək mütləq tərəf müqabilin olsun.
  • Görünür, beynimizdəki gizlin tənzimləmə mexanizmi elə güclü fəaliyyət göstərir ki, qəlbimizə yük olan, təhlükə törədə bilən şeylər onun təsirindən öz-özünə silinir.

No comments:

Post a Comment