Yazıçının uşaq vaxtı təyyarələrə qarşı böyük marağı var idi. Təyyarə ilə ilk tanışlığı 1912-ci ildə Габриэль Вроблевски sayəsində olur. Ekzüperi 1908-ci ildə Lion şəhərində Müqəddəs Varfolomey məktəbinə daxil olur, 1914-cü ilə kimi qardaşı Fransuayla birgə Le-Man şəhərində Sent-Krua kollecində təhsil alır. 1914-15-ci illərdə Notre Dam de Monqre kollecində, daha sonra onlar təhsillərini 1917-ci ilə kimi İsveçrədə davam etdirirlər. Məhz burada Antuan uğurla bakalavr imtahanlarını verir. 1917-ci il iyulun 10-da qardaşı Fransua ürək xəstəliyindən dünyasını dəyişir. Qardaşının vəfatı Antuanı dərindən sarsır. 19 yaşında memarlıq fakültəsinə qəbul olur. 1921-ci ildə yəni 21 yaşında hərbi xidmətə çağrılır. Hərbi Xidmət zamanı Fransanın Hərbi Hava Qüvvələrində texnik vəzifəsində çalışır. Daha sonra Fransanın Strasbourg şəhərində pilot təhsilini alır. Qısa müddətdə Ekzüperini Mərakeşə göndərirlər və o burada hərbi pilot vəzifəsini alır, daha sonra onu ixtisasını təkmilləşdirməsi üçün Fransanın İstr şəhərinə göndərirlər. 1922-ci ildə kiçik leytnant rütbəsini alır. Həyatında birinci aviaqəza 1923-cü ilin yanvarında baş verir. Bu qəzada Ekzüperi kəllə-beyin travması alır. Martda onu ehtiyata buraxırlar. Daha sonra Ekzüperi Parisə köçür.
1926-cı ildə "Aeropostal" şirkətində pilot kimi çalışmağa başlayır. Elə ilk əsəri «Южный почтовый» da bu müddətdə qələmə alır.
1930-cu ildə Konsuela Sunsin ilə ailə həyatı qurur. 1931-ci ilin oktyabr ayında yazıçının
«Ночно́й полёт» (фр. Vol de nuit) adlı əsəri işıq üzü görür və bu əsərinə görə o, "Femina" ədəbi mükafatına layiq görülür. 1935-ci ilin aprelində, "Pari-Suar" qəzetinin müxbiri kimi SSRİ-ə gəlir və beş qısa oçerklə bu səfəri təsvir edir. "Sovet ədaləti önündə cinayət və cəza" adlı oçerki Qərb yazıçılarının Stalinizmi haqqında yazdıqları ilk əsərlərdən biri hesab olunur.
1939-cu ilin sentyabrında Fransayla Almaniya arasında müharibə elan olunan zamanı hər nə qədər dostları Ekzüperini qəzet müxbiri kimi daha çox ölkəsinə yaralı ola biləcəyinə inandırmağa çalışsalar da Ekzüperi buna inanmaqdan imtina edir və döyüş bölgəsinə təyin olunmağını təmin edə bilir. 1939-cu ilin noyabr ayında məktublarından birində yazırdı : "Mən bu müharibədə iştirak etməyə məcburam. Sevdiyim hər şey təhülkədədi. Mən savaşmaq istəyirəm, sevgi və mənim daxili dinim məni buna məcbur edirlər. Mən qıraqda qala və buna sakitcə baxa bilmərəm."
Fransanın Almaniyaya məğlubiyyətindən sonra Ekzüperi ABŞ-a yola düşür və Nyu-Yorkda yaşamağa başlayır. Elə bu dövrdə yəni 1942-ci ildə özünü ən məşhur əsəri olan "Balaca Şahzadə" əsərini qələmə alır. Davam edən müharibəyə qarşı öz səssizliyini qoruya bilməyib yenidən müharibəyə gedir. 1944-cü il 10 iyul tarixində yazdığı məktublardan birində deyirdi : "Şamın ətrafında sürətlə tükənən oksigen kimi əriyib bitməzdən əvvəl istəyərdim ki, bu iyrənc müharibə daha tez qurtarsın, çünki mənim müharibədən sonra da etmək istədiklərim var."
Fransanın Almaniyaya məğlubiyyətindən sonra Ekzüperi ABŞ-a yola düşür və Nyu-Yorkda yaşamağa başlayır. Elə bu dövrdə yəni 1942-ci ildə özünü ən məşhur əsəri olan "Balaca Şahzadə" əsərini qələmə alır. Davam edən müharibəyə qarşı öz səssizliyini qoruya bilməyib yenidən müharibəyə gedir. 1944-cü il 10 iyul tarixində yazdığı məktublardan birində deyirdi : "Şamın ətrafında sürətlə tükənən oksigen kimi əriyib bitməzdən əvvəl istəyərdim ki, bu iyrənc müharibə daha tez qurtarsın, çünki mənim müharibədən sonra da etmək istədiklərim var."
31 iyul 1944-cü ildə təyyarəsi Aralıq dənizi sahillərində vurulur, təyyarəsinin qalıqları isə 2000-ci illərdə tapılır.
Tapılması isə təsadüfi olur. 1998-ci ildə Marsel yaxınlığında balıqçılardan biri ona məxsus olan qolbağı tapır. Qolbağın üzərində yazıçının həyat yoldaşının adlı "Antoine", "Consuelo" və yazıçının kitablarını nəşr etdirən nəşriyyatın adı «c/o Reynal & Hitchcock, 386, 4th Ave. NYC USA» - yazılmışdı.
2008-ci ilin mart ayında isə 1944-cü ildə Korsika yaxınlığında nəzarət uçuşlarını həyata keçirən alman təyyarəçi, 88 yaşlı Horst Rippert bəyan etdi ki, Ekzüperinin təyyarəsini o vurub, ancaq pilotun məşhur yazıçı olduğunu bilməyib. Əgər onun Ekzüperi olduğunu bilsəydi heç vaxt atəş açmayacağını da bildirib.
"Balaca şahzadə" çox sadə dillə insanların artıq getdikcə görməkdən imtina etdiyi gözəlliklərə diqqət yetirir. Ən mühümü ürəyimizdəki uşaqlığı qorumağımızdır. Əsərin ən maraqlı tərəflərindən biri məhz yazıçı tərəfindən çəkilən illustrasiyalarıdır.
Bu linkdən - daxil olub əsərin yazıçı tərəfindən çəkilən yəni orjinal illustrasiyalarına baxa bilərsiz.
Əsərdən seçdiklərim :
- Axı bütün yaşlılar əvvəlcə uşaq olmuşlar, amma bunu xatırlayanlar çox azdır.
- Yaşlılar özləri heç vaxt bir şey başa düşmürlər, uşaqları isə elə hey hər şeyi onlara başa salmaq yorur.
- Gəmidə qəzaya uğramış, dəryanın ortasında salın üstündə qalmış adam da mənim kimi tənhalıq hiss etməzdi.
- Xoşlayıram ki, mənim fəlakətimə ciddi yanaşsınlar.
- Əgər düz getsə çox uzaq gedə bilməz.
- Yaşlılara deyəndə ki, "Mən çəhrayı kərpicdən tikilmiş gözəl bir ev gördüm, onun pəncərələrində ətirşah, damında isə göyərçinlər var idi," - onlar heç vəchlə bu evi təsəvvürlərinə gətirə bilmirlər. Onlara demək lazımdır : " Mən yüz min franka başa gəlmiş bir ev gördüm," bu zaman onlar heyrətlə çığırırlar : "Nə qiyamət evdir!"
- Uşaqlar böyüklərə güzəştə getməlidir.
- Güllər zəifdir, sadə qəlblidir. Onlar özlərini cəsur göstərmək istəyirlər. Onlar düşünürlər - tikanları olsa, hamı onlardan qorxar.
- Əgər sənin yalanını belə asanlıqla tuta bilərlərsə, yalan danışmaq səfehlikdir.
- Çiçəklərin dediklərinə heç bir zaman qulaq asmaq lazım deyil. Yalnız onlara baxmaq və onların ətrini duymaq lazımdır. Çiçəklər çox gözəl olur! Mən çox cavan idim, hələ sevməyi bacarmırdım.
- Onda özün-özünü mühakimə et. Bu ən çətin məsələdir. Özünü mühakimə etmək başqalarını mühakimə etməkdən qat-qat ağırdır. Əgər sən özünü düzgün mühakimə etməyi bacarırsansa, deməli, sən, həqiqətən müdrik adamsan.
- Adamların arasında da tək-tanhalıqdır.
- Əlvida! Mənim sirrim budur, o, çox sadədir : təkcə ürək itigörəndir. Ən əsas şeyi gözlə görə bilməzsən.
- Gülün sənə bu qədər onun üçün əzizdir ki, bütün ürəyini ona vermisən.
- Sənin planetində adamlar bir bağda beş min gül yetişdirirlər., ancaq axtardıqlarını tapa bilmirlər. Axı onların axtardıqlarının yeganə bir güldə, bir qurtum suda tapmaq olar.
- Təkcə uşaqlar nə axtardıqlarını bilirlər.
- Gözlər kordur, ürəklə axtarmaq lazımdır.
- Əgər sən uzaq ulduzlarda bitən çiçəyi sevirsənsə, gecə göyə baxmaq xoş olur.
No comments:
Post a Comment