Sunday, 11 May 2014

Miniatür kitab muzeyi


    Anamla ildə 4 dəfə ənənəvi olaraq mütləq dəniz kənarına gəzməyə gedirik. Şanslı uşağam, anam dənizi görmədən yaşaya bilmədiyimi bilir. Heç vaxt da etiraz etmədən gəlir. Bu gəzintilərdən hər biri bir fəsilə təsadüf edir. Yəni, Xəzəri ilin hər fəsilində görmüşəm. 

     Qız qalasının qarşısından keçəndə  bir neçə dənə  balaca  Qız qalası maketləri üzərində müxtəlif rəsmlər əks olunmuşdu. Bu Qız qalasını görüb çəkməsəm olmazdı :)) Düzü nə sərgisi idi adını bilmədim. 




    Getmişkən anamın  məni çoxdandır adını eşitdiyim amma heç vaxt olmadığım miniatür kitab muzeyinə aparmasını istədim. Oranın direktoru Zərifə Salahovadır. Azərbaycanın məşhur rəssamlarından olan Tahir Salahovun bacısı. İçəridə sizi əslən Yunanıstanın Saloniki şəhərindən  olan Natalie xanım qarşılayır. Ordakı kitabların yazılma tarixini, nələrlə bağlı olduğu haqda məlumat verir. Natalie xanım Gürcüstanda yaşayırmış.


 Gürcüstanda Звиад Константинович Гамсахурдия hakimiyyətə gələndə bütün rus dilli məktəbləri bağlatdırdığı üçün  uşaqlarına görə Azərbaycana gəlməli olub. 









Orda satışda da balaca kitablar var. Biz də Nigar Rəfibəylinin kitabını aldıq. Hətta Natalie xanım bizə həmin kitabın ilk şeirini əzbər də dedi. Təəccübləndim.  Azərbaycan dilində çox yaxşı bilir.


Bu da həmin şeir : 

 Günəşdən gənclik istədim.
Günəşdən gənclik istədim,
Dənizdən çoşğun həvəs.
Meşədən dinlik istədim, 
Küləkdən ilıq nəfəs.
Güllərdən ətir istədim,
Quşlardan iti qanad.
Yarpaqdan çətir istədim,
Ömürdən - çoşğun həyat.
Dağdan əzəmət istədim,
İnsanlardan məhəbbət.
Nə istədim, nə istədim - 
Verdi mənə təbiət.

P.S. Düzünü deyim Parisdən daha çox hansısa Yunan adasında ya da Türkiyədə Prins adalarının ən böyüyü olan Büyük Adada yaşamaq istərdim.
Xatirələrinizin bol olması ümidilə,  sağlıqla qalın.

No comments:

Post a Comment