Friday, 9 May 2014

Firəngiz Əlizadə : "İntizar" operası

     May ayının 4-də bəstəkar Firəngiz Əlizadənin "İntizar" operasının Azərbaycan  Dövlət Akademik Opera və Balet teatrında premyerası baş tutdu. Bu opera  ilk dəfə Sarayda səhnəyə qoyulmuşdu. Libretto müəllifi Nərgiz Paşayevadır. Mövzu Qarabağla bağlıdır. Librettonu diqqətlə oxuyanda nə demək istədiyimi başa düşəcəksiz.

Libretto : 
Pərdə No1
Şəkil No 1


     Dağların qoynunda kiçik bir kəndin valehedici mənzərəsi. Qürub çağıdır. Seyid kişi ilə Əsli xanımın ailəsində xoşbəxt hadisə gözlənilir. Onların qızı Mələyin nişan günüdür. Sabakı toya hazırlıq gedir.Kəndin qız-gəlinləri toplaşaraq Mələyi təbrik edirlər. Toya hamıdan çox sevinən isə Mələyin balaca qardaşıdır. 



Günəş batır. Seyid kişi dağlardan evinə qayıdır. Ailə üzvləri onu qarşılayır. Mələk bağçaya enir və onu burada gözləyən Ariflə görüşür. 

 Mələk və Arifin görüş səhnəsi : 








Gənclər xoş arzularını bir-birilə paylaşır və səbirsizliklə sabahkə toyu gözləyirlər. Dərviş səadət quşu kimi onların ətrafında uçur.



Şəkil No 2
Gecədir. Şimşək çaxır. Şiddətli leysan yağır. Gecənin qaranlığında səhnə qorxunc məxluqlarla dolur. Onlar ilan kimi yerdə sürünürlər. 



Qara qüvvələrə başçılıq edən Yad adam  Seyid kişinin qapısını döyərək xəstə qoca görkəmində kömək istəyir. Əsli və Mələk buna etiraz edirlər, lakin Seyid kişi qonaqpərvərlik göstərərək Yad adamı həyətinə buraxır. 
   Qara qüvvələr ilk amma çox mühüm qələbə münasibətilə sevinirlər və Seyid kişinin evini dörd bir yandan əhatə edirlər.

 Şəkil No 3
Sübh çağıdır. Seyid kişi ulu Tanrıya dua edir . Sonra qonağa öz ailəsini təqdim edir və vidalaşaraq dağlara gedir. Yad adam öz gizli niyyətlərinə çatmaq haqqında düşünür. 


   Əsli və balaca oğlu Yad adama göz qoyaraq ondan gələn təhlükəni hiss edir və bu hiss onlara rahatlıq vermir. 
Yad adam riyakarlıqla qonaqpərvərliyə görə minnətdarlığını bildirir. 



Mələk öz aləmindədir. O, öz rəfiqələrilə vidalaşmaq üçün anasından bulaq başına getməyə icazə istəyir.  Ürəyində Ariflə bir də görüşəcəyinə ümid edir. 
Əsli uşaqları yola salaraq tək qalır. O, çox narahatdır. Balalarının hər bədbəxtlikdən qorunması üçün dua edir.

Şəkil No 4
Bulaq başıdır.
İki gəlin kənddə toy olacağı barədə söhbət edir. Onlar Mələyin gözəlliyindən və Ariflə Mələyin bir-birinə məhəbbətindən söhbət açırlar. 
Mələk daxil olur. Onun gözləri Arifi axtarır.



 Bu zaman bulaq başına Seyid kişi ilə Əslinin oğulluğu İtkin gəlir. İtkin də Mələyi sevir amma sevgisini büruzə verməkdən çəkinir. O, Mələyi bulaq başında görüb hirslənir və dərhal Mələyin evə qayıtmasını tələb edir. 



Bu anda kəndə Yaralı kəndli gəlir. O, kəndindən bura pənah gətirib. Kəndlərində baş verən dəhşətli hadisələr haqqında, quldurların onların ev-eşiklərini talan etdikləri və kəndə od vurduqları haqqında danışır. Kənd əhalisi çaşqınlıq içərisindədir. Onlar nə baş verdiyini hələ dərk etmirlər. 


Pərdə No 2

Şəkil No 1


Dağlardan qayıdan Arif öz yerlərindən didərgin salınmış soydaşları ilə qarşılaşır və bu qaçqın-köçkün dəstənin başında kəndə daxil olur. Arif belə dəhşətli hadisələrin onun toy günündə baş verdiyindən kədərlənir. 



Qaçqınlar yardım üçün Arifə müraciət edirlər. Arif düşmənlərə qarşı döyüşə hazırlaşır. Səhnəyə daxil olan İtkin Arifə qaçmağı təklif edir.
Arif İtkinin dediklərindən qəzəblənir. Səhnəyə öldürülən kəndliləri gətirirlər. Onların arasında Seyid kişinin meyidi də var.

Arif özünü önə ataraq həmyerlilərini qorumaq istəyir. Lakin atılan güllə Arifin düz ürəyinə dəyir. Onun ölümü insanlar arasında böyük sarsıntı yaradır.  Səhnəyə yad adamın başçılıq etdiyi quldurlar daxil olurlar. İtkin onlara yalvararaq mərhəmət diləyir. Lakin quldurlar amansızdır. Onlar Seyid kişinin ailəsinin, xüsusilə gözəl Mələyin harda olduğunu soruşurlar. İtkin onların qaçdığını xəbər verir. 





Arzusunun puça çıxdığını anlayan Yad adam hiddətlənərək İtkini öldürür. İtkin dünyasını dəyişəndən sonra Yad adam  onun sinəsindəki medalyonu görür. Bu medalyondan onun öz boynunda da var. O, dəhşət içində başa düşür ki, uzun illər öncə dağlarda tərk etdiyi öz doğma oğlunu öldürüb. 

 Şəkil No 2

Əsli öz balaları ilə dağlarla buz bağlamış yollardan keçərək, xilas olmağa çalışır. Başlanan çovğun onları bir-birindən ayrı salır. 
Mələk artıq yerimək iqtidarında deyil. O, donaraq ölür. 
Əsli təşviş içində öz balasını axtarır.  Onun balaca oğlu donub qalmış bacısını tapır və anasını onun yanına gətirir. Əslinin kədəri sonsuzdur. 
Donmuş balasının cəsədi üzərində Əsli laylaya bənzər ağı deyir. Dərviş kədərli rəqsi ilə Mələyin meyidini ağ gəlinlik örpəyinə bürüyür. O, ölülər arasından Arifi çıxardaraq Mələyin yanına gətirir və sevgililəri göylərdə bir-birinə qovuşdurur. 



Şəkil No 3 

Gözəl diyar dəhşətli yanğınlar və talanlar içərisindədir.  Əsli yeganə ümid yeri olan kiçik oğlunu xilas etməyə çalışır. Onların yolunu sıldırımlı qayalar, dəhşətli uçurumlar, nəhəng alovlar kəsir. 
Amma bir möcüzə nəticəsində Əsli özü məhv olsa da, övladı bütün fəlakətləri dəf edə bilir. 
Bu uşağı Tanrı özü qoruyur və onun sağ qalması böyük rəmzi məna daşıyır. Heç bir qara qüvvə xalqın ümidini məhv edə bilməz! Hamı xilaskarı gözləyir, hamı əllərini göyə uzadır. 
Və birdən səmada Ağ atlı oğlan peyda olur.  Bu- xalqın ümidi, onun xilaskarıdır. 




Burdakı linkdən operanın saraydakı premyerasını izləyə bilərsiz.




No comments:

Post a Comment